Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA

Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA
28.07.2026 17:01 Təhlil

Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir.

“İranın Kəşfiyyat Nazirliyi Azərbaycan Dövlət Televiziya kanalını da daxil etdiyi “düşmən media qurumları” ilə bağlı siyahısını iyulun 23-ə yayımlayıb. Yəni AZ TV ilə istənilən formada əməkdaşlıq edən, məlumat, foto, video və ya digər materiallar göndərən İran vətəndaşları “Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun” 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunacaqlar”. 

TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” hesabında yazıb.


O əlavə edib ki, siyahıda Güney Azərbaycan Televiziyası da var və İran vətəndaşları əsasən Günaz TV-yə şəkil və video göndərir, şərhlər verirlər. Buna baxmayaraq, İranın Kəşfiyyat Nazirliyi AZTV-ni siyahıya məhz ona görə əlavə edib ki, bu Azərbaycan dövləti əleyhinə atılmış addım kimi qiymətləndirilsin:

“Bu qərardan bir neçə gün sonra Ərdəbildə "Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü" və "Ərdəbil Həftəsi" keçirilib və həmin tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər. Halbuki İranın Kəşfiyyat Nazirliyi Azərbaycan əleyhinə qərarı yayımladıqdan sonra səfər təxirə salına bilərdi. Tədbirlər zamanı onlara “Səhər” kanalının mikrofonları uzadılıb və təmsilçilərimiz tədbir, o cümlədən iki ölkə arasındakı münasibətlər barədə fikirlərini bildiriblər. Tutaq ki, oxşar mədəniyyət tədbiri Bakıda keçirilir və həmin tədbirə İran rəsmiləri, elm adamları və millət vəkilləri dəvət olunurlar, həmin şəxslər də onlara uzanan AZ TV mikrofonlarına fikirlərini bildirir, şərh verirlər. Maraqlıdır, həmin şəxslər ölkələrinə qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyi onlara qarşı cinayət işi açarmı?”

Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyi bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına daxil edib.

Medianın İnkişafı Agentliyi (MEDİA) bu barədə bəyanatında qeyd edib ki, müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA — 1
XƏBƏR LENTİ
28 IYUL 2026
Zelenski Ağ Ev-ə getdi - VİDEO 18:18 Azərbaycanın Belqradda gündəmə gətirdiyi əsas məsələ nə oldu? 18:11 Qızıl medala bir addım: İki güləşçimiz finala yüksəldi 18:05 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi 17:33 Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi? 17:28 “Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə 17:25 UFC çempionunun səmimi etirafı gündəm oldu 17:23 Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır 17:20 Zidan: “Deşam Deşamdır, Zidan isə Zidandır” 17:12 20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA 17:01 Dünya çempionu Rodri bıçaq altına yatdı 16:55 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başladı 16:48 "O, əfsanədir" – Benzemadan Zidan haqqında diqqətçəkən açıqlama 16:45 “Siti” müdafiəsinin liderini uzunmüddətli müqavilə ilə bağladı 16:39 Naomi Osaka karyerasının ən emosional anını bölüşdü 16:24 Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də 16:22 İran Ukraynaya hücum planlaşdırır? - İDDİA 16:12 Avropada Ukraynanın yeni düşməni peyda oldu - Yunanlar ittifaqı uçuruma aparır 16:11 Azərbaycanlı güləşçilər dünya çempionatında rəqiblərinə şans vermədi 16:05 SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA 15:51 Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır 15:47 Sahibə Qafarova Efiopiyada səfərdədir 15:42 Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi" 15:28 Bütün Xəbərlər