Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi"

Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi"
28.07.2026 15:28 Təhlil

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanın KTMT-yə müraciət etməsinə baxmayaraq, təşkilatın mexanizmlərinin işə salınması mümkün olmayıb. O, bunu Qarabağın həmin dövrdə Ermənistan tərəfindən rəsmi şəkildə nə öz ərazisi, nə də müstəqil qurum kimi tanınmaması ilə əsaslandırıb. Azərbaycanın Xarici İşlər Nazirliyi bu açıqlamanı qəbuledilməz adlandırıb. Bundan sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Maraqlıdır, məqsəd nədir?

Sözügedən məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danışıb.


O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin yenidən Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsi, bunu Ermənistanla bağlaması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müharibə dövründə bu prosesə qoşulub-qoşulmayacağı barədə şərh verməsi, təbii ki, qəbul edilməzdir.

"Azərbaycandan rəsmi şəkildə, mən hesab edirəm ki, Rusiyaya nota verilməlidir. Biz görürük ki, Rusiya Xarici İşlər Nazirliyi daim bu məsələni gündəmə gətirir və belə bir təəssürat yaranır ki, Rusiya bundan Azərbaycana qarşı istifadə etməyə çalışır", – politoloq deyib.

Onun sözlərinə görə, Rusiya regionda yeni geosiyasi reallıqları qəbul etmək istəmir:

"Hər fürsətdə yenidən keçmiş Qarabağ məsələsini gündəmə gətirir. Bu gün Ermənistanla Azərbaycan arasında artıq normal münasibətlər sistemi formalaşır, etimad quruculuğu davam edir, sülh mətninin paraflanması reallaşıb. Tərəflər arasında artıq bir çox sahələrdə iqtisadi münasibətlər var. Belə olan təqdirdə, yenidən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinin Qarabağ məsələsini gündəmə gətirməsi, KTMT ilə bağlı məsələləri yenidən Ermənistan–Azərbaycan kontekstində şərh etməsi göstərir ki, Moskva yenidən Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olmağa çalışır".

M. Əsədullazadə diqqətə çatdırıb ki, cənab Prezident telefon danışığında Vladimir Putinə bununla bağlı Azərbaycanın rəsmi mövqeyini çatdırıb:

"Bu məsələlərə, düşünürəm ki, son qoyulmalıdır. Rusiya bu məsələdə Ermənistanla Azərbaycan arasında hər hansı bir prosesi qızışdıra bilməz. Məsələ ilə bağlı, əgər Rusiya ilə Ermənistan arasında problem varsa, təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi də obyektiv mövqe ortaya qoyur. Bunu Azərbaycanla bağlı etməsinlər. Ermənistanla bağlı problemlərini öz aralarında həll etsinlər".

Ekspert Moskvanın yenidən İrəvanla Bakı arasında hər hansı bir konflikti qızışdırmağa cəhd etdiyini vurğulayıb:

"Bu, qəbul edilməzdir. Moskva ən yaxşı halda gedib Ukrayna məsələsi ilə bağlı problemini həll etsin. Özü müharibə şəraitindədir, qonşularla dil tapa bilmir, Cənubi Qafqazda isə prosesləri yenidən tətikləməyə çalışır".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi" — 1
XƏBƏR LENTİ
28 IYUL 2026
Naomi Osaka karyerasının ən emosional anını bölüşdü 16:24 Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də 16:22 İran Ukraynaya hücum planlaşdırır? - İDDİA 16:12 Avropada Ukraynanın yeni düşməni peyda oldu - Yunanlar ittifaqı uçuruma aparır 16:11 Azərbaycanlı güləşçilər dünya çempionatında rəqiblərinə şans vermədi 16:05 SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA 15:51 Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır 15:47 Sahibə Qafarova Efiopiyada səfərdədir 15:42 Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi" 15:28 İsrail İranın enerji obyektlərini vurmağa hazırlaşır 15:26 Azərbaycan millisi inanılmaz kambeklə qələbə qazandı 15:21 Adetokunbo yeni macərasına böyük hədəflə başlayır 15:15 Polşa şirkətləri Azərbaycan bazarına çıxır 15:05 Husilərdən Qırmızı dənizdə təhlükəli plan 14:50 Bakıda müəllimi güllələyən şagirdin atasını məhkəmə cəzalandırdı 14:36 Ermənistan anklavlardan qaçdı – Açıqlamadan savaş qoxusu gəldi 14:22 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:11 Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:07 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edildi 14:04 Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu 13:50 Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Bütün Xəbərlər