Mollalar "qış imtahanı"ndan kəsilir – İran Məsudun ola biləcək?

Mollalar "qış imtahanı"ndan kəsilir – İran Məsudun ola biləcək?
02.01.2026 15:46 Təhlil

Son aylarda İranda baş verən etirazlar göstərdi ki, ölkədəki mövcud sosial-siyasi gərginliyin əsas səbəbi iqtisadi böhranın dərinləşməsidir. 

2025-ci ilin dekabrında İran rialının rekord səviyyədə dəyər itirməsi inflyasiyanı 40 faizdən yuxarı qaldırdı və ərzaq qiymətlərində kəskin artıma səbəb oldu. Bu vəziyyət geniş narazılıq doğurdu və ilk olaraq Tehranın “Bazar” ticarət mərkəzində mağazaların bağlanması ilə başlayan etiraz dalğası Şiraz, İsfahan, Həmədan və digər şəhərlərə yayıldı. Tələblər iqtisadi xarakterli görünsə də, prosesin özündə güclü siyasi mesajlar daşıdığı aydın görünür.

Prezident Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra sərt teokratik sistemin yumşaldılması və müəyyən liberal islahatların keçirilməsi istiqamətində cəhdlər edir. O, xüsusilə gənclər, şəhər orta sinfi və liberal düşüncəli vətəndaşlar tərəfindən dəstəklənir. Lakin Pezeşkianın əsas problemi ölkənin real güc mərkəzi olan mühafizəkar qanad və “dövlət içində dövlət” sayılan SEPAH-dır. 

SEPAH həm siyasi, həm də iqtisadi sferada həlledici nüfuza malik olduğundan prezidentin islahat təşəbbüslərinə ciddi müqavimət göstərir.

Pezeşkian xalq arasında nüfuzlu fiqur olsa da, sistem daxilində səlahiyyətləri məhdudlaşdırılıb. O, etirazçıların tələblərinə qismən pozitiv yanaşaraq prosesə nəzarət etməyə, müəyyən güzəştlər hesabına etirazları idarə etməyə və bundan istifadə edərək islahatların qarşısını açmağa çalışır. Pezeşkian açıq şəkildə bildirir ki, ölkədə baş verən böhranların əsas səbəbi illərlə islahatların qarşısının alınmasıdır və bunun məsuliyyəti sərt xətt tərəfdarlarının üzərindədir.

Hazırda İranda gizli şəkildə post-Xamenei dövrünə hazırlıq gedir. İranın ali dini lideri Seyid Əli Xameneinin səhhətinin zəifləməsi ölkə daxilində ciddi siyasi rəqabət yaradıb. Pezeşkianın məqsədi gələcək ali rəhbər kreslosuna özünə yaxın və daha yumşaq xətt tərəfdarı olan Ruhani kimi fiqurun gətirilməsinə zəmin yaratmaqdır. Bu halda prezidentlik institutunun güclənməsi və mərhələli şəkildə daha liberal respublika modelinə keçidin mümkün olacağı ehtimal edilir. Lakin SEPAH və mühafizəkar qanad bu ssenarini qəbul etmir və sərt teokratik modelin davamını müdafiə edir.

Etirazların genişlənməsi qısa müddətlik Pezeşkian və islahatçı düşərgə üçün fürsət yaratsa da, ölkənin real hakimiyyət strukturu hələ də mühafizəkarların əlindədir. Buna görə də Pezeşkianın “İranın Məsudu”na çevrilib-çevrilməyəcəyi və sistemi dəyişdirib-dəyişdirə bilməyəcəyi yaxın aylarda ölkədəki siyasi dinamikanın inkişafından asılı olacaq. İran hazırda böyük siyasi transformasiya dövrünə qədəm qoyur və Pezeşkian bu transformasiyanın simasına çevrilmək uğrunda mübarizəni davam etdirir.

(Politoloq Zeynal Əmrəliyev)

XƏBƏR LENTİ
31 IYUL 2026
Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Bütün Xəbərlər