Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı

Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı
28.07.2026 17:40 Təhlil

43 il əvvəl iyulun 27-də səhər saat 10:30 radələrində beş nəfərdən ibarət erməni terrorçu qrupu iki "Ford Escort" markalı avtomobillə Portuqaliyanın paytaxtı Lissabonda Türkiyə səfirliyinə yaxınlaşdı. Onlar Livan pasportları ilə turist kimi Lissabona daxil olmuşdular.

Terrorçulardan biri qapıdan içəri daxil olmağa cəhd göstərdi. Portuqaliyalı polis əməkdaşı vəziyyətdən şübhələnərək avtomobilə yaxınlaşanda terrorçulardan biri avtomat silahla ona atəş açaraq yaraladı. Cavab atəşi nəticəsində Türkiyə səfirliyinin mühafizəçisi hücum edənlərdən birini öldürdü.

Qalan dörd nəfər kanselariyaya daxil ola bilmədikləri üçün ona  bitişik səfirliyin iqamətgahına soxuldular. Orada səfirliyin müvəqqəti işlər vəkili Yurtsev Mıhçıoğlunun həyat yoldaşı, 42 yaşlı Cahidə Mıhçıoğlu və 17 yaşlı oğlu Atasay Mıhçıoğlunu girov götürdülər. Terrorçular otağın ətrafına plastik partlayıcı maddələr yerləşdirdilər və polis binaya daxil olacağı təqdirdə binanı partladacaqlarını bildirdilər.

Portuqaliya polisi ərazini mühasirəyə aldı, Baş nazir Mário Soares isə yeni yaradılmış GOE xüsusi təyinatlı qrupuna əməliyyat əmri verdi. Bu, GOE-nin ilk döyüş əməliyyatı idi.

Polisin binaya daxil olmasına hazırlıq getdiyi vaxt partlayış baş verdi və bina alovlandı. Cahidə Mıhçıoğlu və səfirlik əməkdaşı artıq həlak olmuşdu. Oğlu Atasay Mıhçıoğlu isə ayağından yaralanmış vəziyyətdə pəncərədən tullanaraq xilas oldu. Polis binaya daxil olanda müqavimətlə qarşılaşmadı, içəri  yanmış cəsədlərlə dolu idi... Terrorçular da yerindəcə ölmüşdülər.

Həmin terrorçular Ermənistanda və erməni diasporunda "Lissabon beşliyi" kimi tanınırlar. "Lissabon beşliyi" 19–21 yaşlı Setrak Acemyan, Ara Kurcuhliyan, Sarkis Abrahamyan, Simon Yahniyan və Vaçe Dağlıyandan ibarət olub.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən "Erməni İnqilab Ordusu" adlı terror qrupu yaydığı bəyanatda terror aktını və günahsız insanların qətlini "intihar deyil, azadlıq mehrabına qurban" adlandıraraq bunun Türkiyənin qondarma "erməni soyqırımı"nı tanımamasına cavab olduğunu iddia edib.

Hadisədən yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanda və bəzi erməni diaspor təşkilatlarında Lissabon terror aktını törədən şəxslər bu gün də "qəhrəman" kimi qələmə verilir. Onların xatirəsinə hər il anım mərasimləri keçirilir, qəbirləri ziyarət olunur, onlara şeirlər, mahnılar və məqalələr həsr edilir.

Daşnaksütyunla əlaqəli dairələr və bəzi erməni mətbuat orqanları hadisəni dramatikləşdirərək  terrorçuları "azadlıq uğrunda şəhid", "milli qəhrəman" kimi təqdim edir, törətdikləri terror aktını isə qondarma "erməni soyqırımı"nın tanınması uğrunda mübarizənin simvolu kimi göstərməyə çalışırlar. Bu, zorakılığın və terrorun siyasi mübarizə vasitəsi kimi qəbul etdirilməsinə xidmət edən təhlükəli təbliğatdır.

1970–80-ci illərdə erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə qarşı törətdiyi silsilə terror aktlarının bir hissəsi olan Lissabon hücumu bu gün də eyni ideoloji yanaşma ilə yad edilir. Terroru qəhrəmanlaşdırmaq və romantikləşdirmək isə bu ideologiyanın bu gün də yaşadıldığının sübutudur. 

Jalə Rövşən

XƏBƏR LENTİ
28 IYUL 2026
Daha bir yunan-Roma güləşçimiz bürünc medal qazandı 19:08 UEFA Çempionlar Liqası: "KuPS" - "Sabah" matçı başladı - CANLI 19:05 Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü 18:58 Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi? 18:49 Zelenski Trampla görüşə qalstuksuz gəldi - VİDEO 18:37 Trampdan İrana ultimatum: “Bir saata…” 18:07 Azərbaycan güləşçisi Ömər Salmanov bürünc medal qazandı 18:22 Zelenski Ağ Evə getdi - VİDEO 18:18 Azərbaycanın Belqradda gündəmə gətirdiyi əsas məsələ nə oldu? 18:11 Qızıl medala bir addım: İki güləşçimiz finala yüksəldi 18:05 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi 17:33 Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi? 17:28 “Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə 17:25 UFC çempionunun səmimi etirafı gündəm oldu 17:23 Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır 17:20 Zidan: “Deşam Deşamdır, Zidan isə Zidandır” 17:12 20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA 17:01 Dünya çempionu Rodri bıçaq altına yatdı 16:55 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başladı 16:48 "O, əfsanədir" – Benzemadan Zidan haqqında diqqətçəkən açıqlama 16:45 “Siti” müdafiəsinin liderini uzunmüddətli müqavilə ilə bağladı 16:39 Naomi Osaka karyerasının ən emosional anını bölüşdü 16:24 Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də 16:22 Bütün Xəbərlər