UFC çempionunun səmimi etirafı gündəm oldu
UFC-nin ağır çəki dərəcəsində hazırkı çempionu Tom Aspinall döyüşlər öncəsi yaşadığı qorxu hissi və bunun öhdəsindən necə gəldiyi barədə danışıb.
TodayPress TV xəbər verir ki, onun sözlərini “ActuMMA” portalı yayıb.
33 yaşlı britaniyalı döyüşçü bildirib ki, UFC Şöhrət Zalının üzvü və təşkilatın sabiq çempionu Corc Sen-Pyerlə etdiyi söhbət onun düşüncə tərzini tamamilə dəyişib:
“Döyüşçülər deyirlər ki, qorxmurlar. Amma bu, cəfəngiyyatdır. Mən isə özümə etiraf edirəm ki, bəli, qorxuram. Bunu qəbul etdiyim anda özümü daha rahat hiss edirəm. Corc Sen-Pyer təxminən 10 dəqiqə mənimlə bu mövzuda danışdı. O, qorxunu necə qəbul etdiyini və onu öz xeyrinə necə istifadə etdiyini izah etdi. Həmin söhbət mənim baxışımı tamamilə dəyişdi".
Qeyd edək ki, Tom Aspinall hazırda UFC-nin ağır çəkidə dünya çempionudur və təşkilatın ən güclü döyüşçülərindən biri hesab olunur. Corc Sen-Pyer isə UFC tarixinin ən böyük əfsanələrindən biri kimi tanınır.
Namiq HUN