SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA

SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA
28.07.2026 15:51 Cəmiyyət

SOCAR-ın "Abşəronneft" Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) İstehsalat proseslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü cihazları sahəsinin rəisi Xanhüseyn Tahir oğlu Gözəlov SOCAR prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı paylaşım edib.


Müraciətdə idarədə baş verən qanunsuzluqlar, dövlət əmlakının mənimsənilməsi və dəniz ekologiyasının çirkləndirilməsi ilə bağlı ciddi iddialar yer alıb.

X.Gözəlov bildirib ki, idarənin vəzifəli şəxsləri tərəfindən SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür, nəticədə Xəzər dənizinin ekosistemi çirkləndirilir:

“Hörmətli cənab Rövşən Nəcəf, SOCAR, ‘Azneft’ İB, ‘Abşəronneft’ NQÇİ-nin vəzifəli şəxsi tərəfindən SOCAR-a məxsus olan dəniz özülləri, borular təhlükəli şəraitdə kəsilərək sökülür. Kəsilmə zamanı Xəzər dənizinin ekosistemi çirkləndirilir. Son dönəmdə Xəzərin Dübəndi və Şüvəlan sahillərində olan neft çirklənmələri mahız bu səbəbdən baş vermişdi. Sonuncu dəfə belə hal 18.06.2026-cı il tarixində müşahidə olunmuşdur. Bununla əlaqədar istismara yararlı olan, dövlətə məxsus boruların kəsilərək mühafizə olunmayan ərazilərdən gəmilər vasitəsi ilə təhlükəli şəkildə ərazidən uzaqlaşdırılmasını əks etdirən videogörüntünü və dənizin neft ləkələri ilə çirklənməsini Sizə təqdim edirəm.”

Sahə rəisi qeyd edib ki, 250 saylı Stasionar Dəniz Özülünün sökülməsi 2026-cı ilin yanvar-fevral aylarında, 11 saylı estakadada olan 8 düyməlik istismara yararlı neft xəttinin heç bir sənəd və icazə olmadan kəsilərək qara metal kimi götürülməsi isə 2026-cı ilin iyul ayında həyata keçirilib.

X.Gözəlov idarədəki qohumbazlıq və korrupsiya faktları barədə müvafiq qurumlara məlumat verdikdən sonra özünə qarşı şiddətli töhmət verildiyini və təzyiqlərlə üzləşdiyini vurğulayıb. O, SOCAR rəhbərliyindən məsələnin araşdırılmasını, qanunsuzluqların qarşısının alınmasını və idarə rəhbərliyi tərəfindən ona edilən təhdidlərin dayandırılmasını xahiş edib.

Qeyd edək ki, Xəzər dənizinin ekoloji mühitinin qorunması və dövlət əmlakının talan olunmasının qarşısının alınması ilə bağlı qaldırılan məsələlər ictimaiyyətin daim diqqət mərkəzindədir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA 17:01 Dünya çempionu Rodri bıçaq altına yatdı 16:55 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başladı 16:48 "O, əfsanədir" – Benzemadan Zidan haqqında diqqətçəkən açıqlama 16:45 “Siti” müdafiəsinin liderini uzunmüddətli müqavilə ilə bağladı 16:39 Naomi Osaka karyerasının ən emosional anını bölüşdü 16:24 Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də 16:22 İran Ukraynaya hücum planlaşdırır? - İDDİA 16:12 Avropada Ukraynanın yeni düşməni peyda oldu - Yunanlar ittifaqı uçuruma aparır 16:11 Azərbaycanlı güləşçilər dünya çempionatında rəqiblərinə şans vermədi 16:05 SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA 15:51 Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır 15:47 Sahibə Qafarova Efiopiyada səfərdədir 15:42 Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi" 15:28 İsrail İranın enerji obyektlərini vurmağa hazırlaşır 15:26 Azərbaycan millisi inanılmaz kambeklə qələbə qazandı 15:21 Adetokunbo yeni macərasına böyük hədəflə başlayır 15:15 Polşa şirkətləri Azərbaycan bazarına çıxır 15:05 Husilərdən Qırmızı dənizdə təhlükəli plan 14:50 Bakıda müəllimi güllələyən şagirdin atasını məhkəmə cəzalandırdı 14:36 Ermənistan anklavlardan qaçdı – Açıqlamadan savaş qoxusu gəldi 14:22 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:11 Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:07 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edildi 14:04 Bütün Xəbərlər