Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər

Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər
10.08.2026 14:12 Təhlil

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hər hansı təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş “Birgə müdafiə haqqında Məkkə sazişi”ni imzalayıblar.

Pakistanın xarici işlər naziri sazişin konkret olaraq hansısa dövlətə qarşı yönəlmədiyini və “tamamilə müdafiə xarakterli” olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bunu mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizmi kimi xarakterizə edib.

Sazişin ilk ehtimal hədəfi

“Məkkə sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilibsə, bu, müdafiə paktıdır. Məsələn, hər hansı ölkə Səudiyyə Ərəbistanına hücum etməyi düşünürsə, artıq qarşısında yalnız Səudiyyəni deyil, Türkiyə və Pakistanın da potensial reaksiyasını nəzərə almalı olacaq. Eyni məntiq Türkiyə və Pakistan üçün də keçərlidir.

Tərəflər sazişin İrana qarşı olmadığını deyirlər. Bununla belə, sazişin regionda İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda imzalanması suallar yaradır. İranın dəstəklədiyi proksi qüvvələrdən olan Yəmən Husiləri son günlər Səudiyyə Ərəbistanına ardıcıl zərbələr endirir. Məsələn, Husilər öncə PUA-larla Səudiyyə Ərəbistanının Nəcran hava limanına zərbə endirib. Bundan başqa, neft tankerini ballistik raketlərlə vurublar. Bu, Husilərin iyulun 22-dən bəri hədəfə aldıqları səkkizinci neft tankeridir.

14 ölkənin hücumu…

“Qardian” nəşri Səudiyyə Ərəbistanının Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını, ölkənin Müdafiə Nazirliyinin isə Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlayıb.

Əlbəttə, Husiləri İran dəstəkləsə də, bu, indiki məqamda “Məkkə sazişi” ölkələrinin İrana müdaxiləsi anlamına gəlmir. Lakin ABŞ-İran gərginliyi yenidən hərbi kontekstdə alovlanarsa və rəsmi Tehran ABŞ-ın regiondakı hərbi bazalarını yenidən hədəfə alarsa, Ankara-Ər-Riyad-İslamabad üçlüsünü İrana müdaxiləyə məcbur edə bilər.

İrana müdaxilə versiyası

Belə ki, İran NATO faktoru səbəbindən Türkiyəyə zərbələr endirməsə də, Səudiyyə Ərəbistanına və Pakistana zərbələr endirə bilər. Bu isə faktiki olaraq “Məkkə sazişi” ölkələrinə hücum kimi qiymətləndirilərək İrana cavab zərbəsi və vəziyyətdən asılı olaraq müdaxilə imkanı yarada bilər.

“Məkkə sazişi” indiki məqamda üzv ölkələrə xarici təhdidlərə qarşı çəkindirmə məqsədi daşısa da, uzun perspektivdə riskləri özündə ehtiva edir. Çünki bu saziş hər şeydən əvvəl ABŞ-a İrana müdaxilə üçün dəstəkçi ölkələr qazandırır.


Turan Rzayev

Globalinfo.az-ın siyasi yazarı

XƏBƏR LENTİ
10 AVQUST 2026
“Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi 14:17 “Əl-Əhli” Rocer İbanesi buraxmır: yeni müqavilə razılaşdırıldı! 15:06 Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək göstərildi – 25-i uşaqdır 14:29 Bolqarıstanda partlayış baş verdi - VİDEO 14:51 Kayl Uokerdən iddialı açıqlama: “Premyer Liqaya qayıtmalıyıq” 14:44 Mütəxəssislər onu görməzdən gəlir, Bekker isə böyük gələcək vəd edir 14:31 ABŞ silah istehsalını artırır: Pentaqon hərəkətə keçdi 14:04 Neftin qiyməti artdı 13:54 Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər 13:46 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ? 13:34 Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Bütün Xəbərlər