Bolqarıstanda partlayış baş verdi - VİDEO
Bolqarıstanın Tryavna bələdiyyəsinin Belitsa kəndində yerləşən EMKO hərbi zavodunda partlayış baş verib.
TodayPress TV xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə yük maşınının alovlanmasından sonra başlayıb və yanğın bəzi anbarlara keçib.
Ərazidə personalın təxliyəsi aparılır, BG-ALERT xəbərdarlıq sistemi işə salınıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Jalə Rövşən