Rusiya miqrantlara qarşı amansızlaşır, həftəlik tendensiyalar dəyişir?

Rusiya miqrantlara qarşı amansızlaşır, həftəlik tendensiyalar dəyişir?
21.04.2026 16:17 Təhlil

Rusiya mediası - 1TV, NTV, “Rossiya 24”, RIA Novosti, TASS, “İzvestiya”, “Lenta.ru”, “5TV” kimi aparıcı platformalar ötən həftə iki əsas qlobal böhranı və daxili təhlükəsizlik mövzularını ön plana çıxarıb.

TodayPress TV-nin araşdırmasına görə,  həftəlik “İtogi nedeli” proqramlarında və gündəlik xəbər buraxılışlarında əsas xətt Ukrayna ilə “xüsusi hərbi əməliyyat” və İran böhranı ilə Hormuz boğazı ətrafındakı gərginlik olub. Bu mövzular Rusiyanın irəliləyişi, Qərbin zəifliyi və yaranan iqtisadi imkanlar kimi təqdim edilib.

Ukrayna müharibəsi və Pasxa atəşkəsi həftənin ən çox diqqət çəkən mövzularından biri olub. Prezident Putin tərəfindən elan edilən 32 saatlıq birtərəfli atəşkəs Rus mediasında humanitar jest kimi göstərilsə də, Müdafiə Nazirliyi Ukrayna tərəfinin atəşkəsi dəfələrlə pozduğunu bildirib. Ukrayna isə öz növbəsində Rusiya qüvvələrini ittiham edib.

Bu dövrdə Rusiya ordusunun Ukraynanın arxa cəbhə infrastrukturuna dron və raket zərbələri endirdiyi, Ukrayna dronlarının isə Rusiya ərazisində hücumlar həyata keçirdiyi qeyd olunub. Rus mediası ümumilikdə SVO-nu strateji irəliləyiş kimi təqdim edir, Ukraynanı zəifləyən tərəf kimi göstərir və Qərbin dəstəyini effektiv olmayan faktor kimi qiymətləndirir. 

İran böhranı və Hörmüz boğazı ətrafındakı vəziyyət də həftənin əsas gündəmlərindən olub. ABŞ və İran arasında gərginlik, danışıqların qeyri-müəyyənliyi və dəniz təhlükəsizliyi ilə bağlı addımlar geniş işıqlandırılıb. Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında bəzi qərarlara veto verib. Rus mediasında bu proseslər Qərbin zəifləməsi və enerji bazarında Rusiyaya əlavə imkanların yaranması kimi təqdim edilib. Neft qiymətlərinin artması Rusiyanın iqtisadi maraqlarına uyğun inkişaf kimi qiymətləndirilib.

Daxili siyasətdə əsas diqqət miqrasiya siyasətinin sərtləşdirilməsi və təhlükəsizlik məsələlərinə yönəlib.

Deportasiya qaydalarının genişləndirilməsi müzakirə olunub. İqtisadi sahədə isə ABŞ-nin Rusiya neftinə dair bəzi sanksiya güzəştlərini uzatması müsbət siqnal kimi təqdim edilib. Eyni zamanda dron hücumları nəticəsində yaranan lokal problemlər də xəbər gündəminə daxil edilib. Digər mövzular arasında mədəni tədbirlər və regional hadisələr yer alıb.

Beynəlxalq kontekstdə NATO daxilində fikir ayrılıqları, ABŞ-nin ittifaqa təzyiqləri və bəzi Qərb ölkələrinin mövqeləri Rus mediasında Qərbin zəifliyi kimi təqdim edilib.

Ümumi olaraq ötən həftə Rus mediasında əsas xətt hərbi mövzuların üstünlüyü, Qlobal böhranların Rusiyaya yaratdığı imkanlar, anti-Qərb yanaşmasının güclənməsi və daxili sabitliyin vurğulanması ilə xarakterizə olunub. “İtogi nedeli” kimi proqramlarda bu mövzular əsasən rəsmi şərhlər üzərindən təqdim edilərək Rusiyanın qlobal dəyişikliklər fonunda mövqeyinin gücləndiyi ideyası ilə yekunlaşdırılıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər