Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya...

Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya...
22.06.2026 14:43 Təhlil

Ukrayna dronlarının Moskva, Sankt-Peterburq və Krımın strateji yanacaq mərkəzlərinə ardıcıl zərbələr endirdiyi bir vaxtda, Rusiya Prezidenti Vladimir Putin daxildəki hərbi-logistik böhranı görməzlikdən gələrək beynəlxalq forumlar seriyasını davam etdirir. Bəs  bununla Putinin dünyaya mesajı nədir?

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, Putin heç nə olmamış kimi, ölkə ərazisində beynəlxalq forumlar keçirməyə və bu tədbirlərdə əməkdaşlıq barədə nitqlər söyləməyə davam edir.


Halbuki, işğalçı müharibə aparan Rusiya ilə əməkdaşlıq imkanları geniş deyil:

"Növbəti forum iyunun 17-19 tarixində Tatarıstan paytaxtı Kazanda keçirilib. Bu dəfə Rusiyada ASEAN sammiti (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) təşkil olunub. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib. Sammit keçirilərkən, Ukrayna dronları Moskvda yanacaq mərkəzlərinə zərbələr endirirdi. Putin sammitdəki çıxışında müharibə mövzusuna toxunmayıb. Rusiya Prezidenti Ukrayna dronlarının zərbələrini və ilhaq olunan Krımın yanacaq böhranı ilə üzləşməsini görməzlikdən gəlir". 

Analitik qeyd edib ki,  Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan Vladimir Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb. 

Ekspert düşünür ki, Sankt-Peterburqda və Kazanda keçirilən forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir:

"Kremlin məqsədi budur. Putin Kazandan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi.  Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib".  

Politoloq vurğulayıb ki, Kazandakı sammit Pekinin diqqətini çəkib:

"Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib və o Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki, Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub".

Onun sözlərinə görə, münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın sularda mobil platformalar yerləşdirməsidir: "Filippin hesab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır". 

Elxan Şahinoğlunun  fikrincə, Rusiya liderinin  Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər:

"Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digət tərəfdən Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
"Cənubi Qafqaz İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir 16:04 1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir? 15:52 Telefonlar yoxlanılacaq - Paşinyanı dəstəkləyənlər ölkədən qovulur 15:39 İran AEBA müfəttişlərini ölkəyə dəvət etdi 15:38 Nəzarətsiz çimərlikdə bədbəxt hadisə: Batan 4 nəfərin ikisi tapıldı - YENİLƏNDİ 15:17 Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi 15:29 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 11:29 Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək 15:14 Azərbaycan-İordaniya münasibətlərində yeni mərhələ: İordaniyalı spikerdən mühüm bəyanat 15:09 Qoşa yarışda böyük UĞUR: Parabadmintonçumuz fəxri kürsüyə yüksəldi 14:56 Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya... 14:43 Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO 14:35 Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi? 14:15 Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..." 14:06 Ermənistan təyyarəsinin Rusiyada başına iş gəldi - Aləm qarışdı 13:59 Moskvanın bütün hava limanları BAĞLANDI 13:51 "Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli oldu 13:46 Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram 13:36 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər 13:28 Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ 13:01 Sabahın hava proqnozu açıqlandı - Neçə dərəcə isti gözlənilir? 13:12 Ukrayna Voroneji bu raketlərlə vurdu - VİDEO 13:10 Baş nazir istefa verdi - VİDEO 12:45 Bəzi çimərliklərdən istifadə məhdudlaşdırıldı 12:44 Türkiyə 6 min kilometrdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi 12:32 Bütün Xəbərlər