FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi

FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi
10.08.2026 14:00 İdman

UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FIFA-nın fəaliyyətinin araşdırılması ilə bağlı açıq məktub yayıb.

TodayPress TV xəbər verir ki, buna səbəb FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı təklifi olub.

Üç konfederasiyanın rəhbərləri bildiriblər ki, məsələ maliyyə ilə bağlı deyil. Onların sözlərinə görə, əsas problem futbolun idarə edilməsində şəffaflıq, etimad və hesabatlılıq prinsipləridir.

Açıq məktubda qeyd olunub ki, son onillikdə futbolun inkişafı bir şəxsin deyil, FIFA, konfederasiyalar, üzv assosiasiyalar və minlərlə futbol mütəxəssisinin birgə fəaliyyətinin nəticəsidir.

Konfederasiyalar FIFA-nın dünya çempionatının hüquqlarının bir hissəsinin satılması ilə bağlı təklifini ciddi səhv kimi qiymətləndirib. Onlar hesab edirlər ki, bu məsələ sadəcə kommunikasiya və ya prosedur problemi deyil, FIFA-nın xidmət etməli olduğu futbol qurumlarına olan etimadın fundamental şəkildə pozulmasıdır.

Məktub müəllifləri FIFA-nın məsələ ilə bağlı araşdırmanı öz əməkdaşlarının və ya futbol dünyasında maraqlı tərəflərin iştirakı ilə aparmasını da qəbuledilməz hesab ediblər. Onların fikrincə, araşdırma tamamilə müstəqil üçüncü tərəf tərəfindən həyata keçirilməlidir və FIFA administrasiyası prosesdə iştirak etməməlidir.

UEFA, AFC və KONKAKAF həmçinin FIFA rəhbərliyinin Mərakeşdə keçirilən görüşü ilə bağlı narahatlıqlarını ifadə edib. Bildirilib ki, həmin toplantıda yalnız bir seçilmiş nümayəndə iştirak edib, FIFA Şurasının üzvləri və üzv assosiasiyalar görüşə dəvət olunmayıb.

Məktubda vurğulanıb ki, futbol rəhbərliyi hakimiyyət sahibi olmaq deyil, futbol ailəsinə xidmət etmək və ona göstərilən etimadı doğrultmaq deməkdir.

Sonda üç konfederasiya futbolun gücünün onun birliyində olduğunu bildirərək, rəhbərliyin futbola xidmət etməli, ona hökm etməyə çalışmamalı olduğunu qeyd edib.

Məktubu UEFA prezidenti Aleksander Çeferin, KONKAKAF prezidenti Viktor Montalyani, AFC prezidenti Salman bin İbrahim əl-Xəlifə, həmçinin üç qurumun baş katibləri Teodor Teodoridis, Filip Modjo və Datuk Seri Vindsor Con imzalayıb.

Namiq HUN

XƏBƏR LENTİ
10 AVQUST 2026
Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək göstərildi – 25-i uşaqdır 14:29 Bolqarıstanda partlayış baş verdi - VİDEO 14:51 “Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi 14:17 Mütəxəssislər onu görməzdən gəlir, Bekker isə böyük gələcək vəd edir 14:31 ABŞ silah istehsalını artırır: Pentaqon hərəkətə keçdi 14:04 Neftin qiyməti artdı 13:54 Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər 13:46 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ? 13:34 Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:46 Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir” 12:36 Bütün Xəbərlər