Gərginliyin pik nöqtəsində KRİTİK ADDIM: Modi İsrailə niyə getdi?

Gərginliyin pik nöqtəsində KRİTİK ADDIM: Modi İsrailə niyə getdi?
27.02.2026 14:34 Təhlil

Hindistanın Baş naziri Narendra Modi Qəzza müharibəsi başlayandan bəri ilk dəfə İsrailə iki günlük səfərə gedib.  

Maraqlıdır, mövcud geosiyasi reallıqlar fonunda bu səfər hansı siyasi mesajları verə bilər? 

Mövzunu politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə şərh edib. 


Onun sözlərinə görə, Modinin İsrailə mövcud geosiyasi şəraitdə səfəri diqqətçəkən hadisədir və bu, bir neçə aspektdən dəyərləndirilə bilər.

BALANSLAŞDIRILMIŞ XARİCİ SİYASƏT VƏ İKİ DÖVLƏT PRİNSİPİ

"İlk növbədə, Hindistan ənənəvi olaraq balanslaşdırılmış xarici siyasət yürüdür və əsas güc mərkəzləri ilə münasibətləri qorumağa çalışır. Bu baxımdan həm Amerika Birləşmiş Ştatları, həm Rusiya, həm də İsraillə əməkdaşlığı paralel şəkildə inkişaf etdirir. Eyni zamanda Hindistan Fələstin məsələsində iki dövlət prinsipini dəstəklədiyini bəyan edir. Modinin 2017-ci ildən sonra yenidən İsrailə səfəri münasibətlərdə yeni mərhələnin mümkünlüyünü göstərir". 

Analitik vurğulayıb ki, İsrail və Hindistan təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirməyə çalışırlar: 

"Regionda Amerika Birləşmiş Ştatları ilə İran arasında gərginlik davam edir. İsrail rəhbərliyi, xüsusilə Baş nazir Benyamin Netanyahu, İrana qarşı sərt mövqe tutur. Bu fonda İsrailin Hindistanla strateji dialoqu dərinləşdirmək istəyi anlaşılandır. Hindistan da öz növbəsində İsrailin inkişaf etmiş hərbi texnologiyalarından yararlanaraq müdafiə sənayesini gücləndirməkdə maraqlıdır". 

ABŞ–İRAN HƏRBI TOQQUŞMASI 

E.Mirbəşiroğlu bununla yanaşı, diqqətə çatdırıb ki, mümkün ABŞ–İran hərbi toqquşması Yaxın Şərqdə genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər ki, bu da regionda çalışan çoxsaylı hindistanlıların təhlükəsizliyi baxımından Dehli üçün həssas məsələdir. Bu səbəbdən təhlükəsizlik və regional sabitlik mövzuları da danışıqlarda yer ala bilər. 

O, sonda əlavə edib ki, ümumilikdə, səfərin əsas məqsədinin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi olduğu qənaətinə gəlmək olar: 

"Bu proses həm İsrail üçün yeni strateji tərəfdaşlıq imkanları, həm də Hindistan üçün müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Bütün Xəbərlər