Orta Asiyanın kilidi - Özbəkistan: Hindistan bu ölkədən nə istəyir?

Orta Asiyanın kilidi - Özbəkistan: Hindistan bu ölkədən nə istəyir?
21.04.2026 13:54 Təhlil

Hindistan–Özbəkistan arasında birgə hərbi təlimlər keçirirlir.  Özbəkistanın Namangan şəhəri yaxınlığındakı Gurumsaray Sahə Təlim Tədris Mərkəzində keçirilən təlimlər xüsusi əməliyyat bacarıqlarını, birgə əməliyyat qabiliyyətini və qeyri-qanuni silahlı qruplara qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır. Təlim Hindistan Ordusu  ilə Özbəkistan Ordusunun eyni sayda kontingentinin iştirakı ilə keçirilir və komandanlıq-qərarvermə strukturlarının inteqrasiyasını da əhatə edir. Bu, iki ölkə arasında hərbi əməkdaşlığın simvolu olmaqla yanaşı, daha geniş strateji tərəfdaşlığın praktik ifadəsidir.

Tarixə ekskursiya etsək, görəcəyik ki, Hindistan və Özbəkistan arasında əlaqələr qədim İpək Yolu dövrünə gedib çıxır. Həmçinin  Hindistan Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Onlar arasında 1992-ci ildə diplomatik əlaqələr qurulub. 2011-ci ildə Strateji Tərəfdaşlıq elan edilib. Mədəniyyət sahəsində də güclü bağlar var: Hind filmləri, xüsusilə Raj Kapur dövrüfilmləri,  yoga və musiqi Özbəkistanda çox populyardır. Özbəkistanda 4 Hindistan universitetinin filialı fəaliyyət göstərir (Amity, Sharda, Sambhram, Acharya), 15 universitetdə Hindistan Araşdırmaları Mərkəzləri yaradılıb. İnsanlararası əlaqələr də inkişaf edir: 2025-ci ildə 80 mindən çox hindistanlı Özbəkistana, 30 min özbəkistanlı Hindistana səfər edib. Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində minlərlə özbək mütəxəssis təlim keçib.

Hindistanın Connect Central Asia (Mərkəzi Asiyanı birləşdir)  siyasətinin əsas prioritetlərindən biri Özbəkistandır. Ölkə Mərkəzi Asiyanın mərkəzində yerləşdiyi üçün Hindistan üçün strateji əhəmiyyət kəsb edir:

Bundan basqa iki ölkə arasında Əfqanıstan və terror təhlükəsi ilə bağlı əməkdaşlıq;

Enerji və nəqliyyat diversifikasiyası;

Çin və Rusiyanın regiondakı təsirini balanslaşdırma istiqamətində əlaqələr mövcuddur. 

İki ölkə Birləşmiş Millətlər Təşkilatı (BMT) , Şanxay Əməkdaşlıq Təşkilatı ( ŞƏT),  BRICS və Hindistan–Mərkəzi Asiya sammitləri çərçivəsində sıx əməkdaşlıq edir. Liderlər səviyyəsində müntəzəm görüşlər keçirilir. Məsələn, 2025-ci ildə Baş nazir Modi və Prezident Mirziyoyev görüşü. Bu, regionda sabitlik və əlaqələndirmə üçün vacib platformadır.

Həmçinin ticarət həcmi sürətlə artır: 2024-cü ildə Hindistanın ixracı – əczaçılıq, mexaniki avadanlıq, ət, mobil telefonlar; idxal – meyvə-tərəvəz, gübrə  980 milyon ABŞ dolları keçib. Hindistanın bura investisiyaları 451 milyon dollara çatıb. Özbəkistan Hindistanın 10 əsas ticarət tərəfdaşlarından biridir. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər multimodal layihələr vasitəsilə əlaqələr güclənir. Rəqəmsal texnologiyalar, AI və kibertəhlükəsizlik sahəsində də yeni əməkdaşlıqlar inkişaf edir.

Hərbi əməkdaşlıq 2019-cu ildə Müdafiə üzrə Birgə İşçi Qrupunun yaradılması ilə institusional səviyyəyə qaldırıldı.  "DUSTLIK" təlimləri 2019-cu ildən başlayaraq hər il alternativ olaraq keçirilir:

1-ci (2019, Özbəkistan);

5-ci (2024, Özbəkistan);

6-cı (2025, Hindistan, Pune);

7-ci (2026, Namangan).

Təlimlər taktik bacarıqların paylaşılması, komandanlıq inteqrasiyası və real döyüş ssenarilərini əhatə edir. Bu, sadəcə təlim deyil, iki ordunun birgə əməliyyat qabiliyyətini artırmaq və regionda terrorla mübarizədə əlaqələndirməni gücləndirməkdir. Əlavə olaraq, əks-terrorizm üzrə 9-cu Birgə İşçi Qrupu  və müdafiə sənayesi əlaqələri inkişaf edir.

Hindistan–Özbəkistan hərbi təlimləri rəsmi olaraq terrorizmə qarşı mübarizə və müdafiə xarakteri daşıyır. Lakin regiondakı geosiyasi gərginliklər səbəbilə müxtəlif ölkələr tərəfindən fərqli şəkildə qavranıla bilər. 

Pakistan bu təlimləri daha çox Hindistanın Mərkəzi Asiyada təsirini artırmaq və onu strateji olaraq “əhatələmək” cəhdi kimi görə bilər.  Hindistan–Pakistan arasındakı Kəşmir problemi və ümumi etimadsızlıq bu qavrayışı daha da gücləndirir.

Çin isə təlimləri birbaşa hərbi təhdid kimi qəbul etmir, amma Hindistanın Mərkəzi Asiyada aktivliyini öz “Bir Kəmər, Bir Yol” (BRI) layihəsi və regional təsiri baxımından rəqabət kimi qiymətləndirir.

Rusiya üçün isə bu təlimlər ciddi təhlükə deyil, lakin Mərkəzi Asiyada Hindistanın artan hərbi və diplomatik fəaliyyəti Moskvanın uzunmüddətli təsirini zəiflədə biləcək bir faktor kimi görünür.

Ümumilikdə "DUSTLIK" təlimləri müdafiə və terrorla mübarizə məqsədi daşısa da, Hindistanın regiondakı fəallığının böyük güclər arasında rəqabət mühitini gücləndirən bir element kimi qəbul olunacağı istisna deyil.

Jalə Rövşən

XƏBƏR LENTİ
16 IYUN 2026
Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Bütün Xəbərlər