Erməni mediasının təhlili - İrəvanda ən həlledici fikir sahibi Prezident Əliyevdir

Erməni mediasının təhlili - İrəvanda ən həlledici fikir sahibi Prezident Əliyevdir
12.05.2026 16:08 Təhlil

Prezident İlham Əliyevin Zəngilanda, Kovsağan kəndində sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər Ermənistan mediasında geniş rezonans doğurdu.

Çıxışda Azərbaycana qarşı nifrət üzərində siyasi fəaliyyət quran dairələr, Avropa müşahidəçilərinin bölgədəki rolu, “Ermənistanı bizdən qorumağa ehtiyac yoxdur” və “Avropa "müşahidəçi"lərinin bir güllə ilə dabanı parlayar” kimi mesajlar erməni informasiya məkanında həm siyasi, həm də emosional reaksiyalarla qarşılandı. Bu reaksiyalar Ermənistan daxilində davam edən siyasi ziddiyyətləri, revanşist yanaşmaların hələ də təsirini və yeni regional reallıqlarla barışmaqda yaşanan çətinlikləri ifşa edir.

Media reaksiyaları:

Ən geniş və nisbətən təmkinli yanaşma bu platformada müşahidə olunur. Material “Ermənistanda bəzi siyasi qüvvələr Azərbaycana nifrət hissi ilə yaşayırlar” başlığı ilə təqdim edilib və Prezidentin fikirləri “ittihamların yeni mərhələsi” kimi şərh olunub.

Yazıda müxalif deputat Tiqran Abrahamyanın cavabına da yer verilib. O, “Əgər bu təslimçilikdirsə, biz bunu qəbul etmirik” deyə mövqe bildirib.

Bu yanaşma göstərir ki, 168.am sadəcə informasiyanı çatdırmaqla kifayətlənməyib, çıxışı daxili auditoriya üçün siyasi xəbərdarlıq kimi təqdim etməyə çalışıb. Ermənistan mediasında Azərbaycanın sərt və prinsipial mövqeyinin tez-tez “təhlükə” kontekstində təqdim olunması yeni hal deyil.

Sputnik Armenia

Ən sərt ton məhz burada hiss olundu. Materialda Prezidentin Ermənistana qarşı "ittihamlar" səsləndirdiyi və Avropa müşahidəçilərinə xəbərdarlıq etdiyi vurğulanırdı. Xüsusilə “düşmən bir dəfə atəş açsa, müşahidəçilər qaçacaq” fikri ön plana çıxarılmışdı.

Sputnik-in təqdimat tərzi onun regional informasiya xəttinə uyğun idi. Burada təkcə Azərbaycan-Ermənistan münasibətləri deyil, həm də Qərb strukturlarına etimad məsələsi qabardılırdı. Bu isə Ermənistanın informasiya məkanında xarici təsir mərkəzlərinin hələ də ciddi rol oynadığını göstərir.

News.am

Bu platforma mövzunu “Ermənistanı bizdən qorumağa ehtiyac yoxdur” başlığı ilə təqdim etdi. Çıxışda “Biz Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq niyyətində olmamışıq” fikrinə də yer verilsə də, ümumi təqdimatda daha çox təhlükə və gərginlik fonu yaradılmışdı.

Başlığın seçimi diqqət çəkir. Prezidentin daha geniş siyasi mesajı qismən kontekstdən çıxarılaraq təqdim olunmuş, bununla da erməni auditoriyasında narahatlıq hissinin gücləndirilməsinə çalışılıb.

"Aravot", "Lragir" və digər platformalar...

Bu media qurumları çıxışı əsasən “sərt ritorika”, “təzyiq mesajı” və “provokativ bəyanatlar” çərçivəsində təqdim etdilər. Xüsusilə “nifrət”, “psixoloji təsir” və bəzi ifadələrin emosional tərəfi müzakirələrin mərkəzinə çevrildi.

Erməni mediasında yaranan reaksiyaları üç istiqamətdə dəyərləndirmək olar.

Birincisi, bu, müəyyən mənada psixoloji müdafiə reaksiyası idi. Bunu hamımız bilirik. Prezidentin “nifrət üzərində siyasət”lə bağlı fikirləri Ermənistan cəmiyyətində illərdir formalaşdırılmış qurbanlıq və təhlükə narrativlərinə toxunduğu üçün emosional cavab doğurdu.

İkincisi, məsələ dərhal daxili siyasi mübarizənin alətinə çevrildi. Müxalifət bu çıxışdan istifadə edərək Baş nazir Nikol Paşinyanın siyasətini hədəf aldı və revanşist elektorata mesaj verməyə çalışdı. Bu da Ermənistan daxilində siyasi parçalanmanın hələ də dərin olduğunu göstərir.

Üçüncüsü isə, çıxışda səslənən bəzi mesajlar Ermənistan cəmiyyətində yeni regional reallıqlarla bağlı narahatlıqları bir daha üzə çıxardı. Xüsusilə “Ermənistanı bizdən qorumağa ehtiyac yoxdur” fikri informasiya məkanında ən çox müzakirə olunan tezislərdən birinə çevrildi.

Zəngilanda səsləndirilən mesajlar Ermənistan mediasında həm emosional, həm də siyasi rezonans yaratdı. Reaksiyaların tonundan görünür ki, Azərbaycanın sərgilədiyi özünəinamlı və prinsipial siyasi xətt Ermənistan üçün hələ də həssas mövzulardan biridir. Qorxurlar... Bu reallıqdır.  Ermənistan mediası bunu daha çox təhlükə kontekstində təqdim etməyə çalışsa da, ortaya çıxan mənzərə başqa bir reallığı da göstərir — regionda formalaşmış yeni siyasi düzənlə barışmaq prosesi hələ tam başa çatmayıb.

Bu gün Ermənistan cəmiyyətinin qarşısında faktiki olaraq iki seçim dayanır: ya keçmişin revanşist düşüncəsinə bağlı qalmaq, ya da yaranmış yeni geosiyasi reallıqları qəbul edib daha praqmatik yanaşmaya keçmək. Media reaksiyaları göstərir ki, hər iki xətt hələ də mübarizə aparır, amma dəyişən regional şərait ikinci seçimi getdikcə daha aktual edir. 

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər