Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir

Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir
13.07.2026 13:49 Təhlil

Bu gün Azərbaycanın Şuşa şəhərində “Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilib.

Prezident İlham Əliyev açılış mərasimində iştirak edib, forum iştirakçıları ilə görüşüb və jurnalistlərin suallarını cavablandırıb. Tədbirə 54 ölkədən 160-dan çox media nümayəndəsi, ekspert və rəsmi şəxs qatılıb.

Erməni mediası hadisəni məhdud, lakin xarakterik şəkildə işıqlandırır. Ən aktiv mənbə "News.am" saytıdır. Sayt Prezident İlham Əliyevin forumdakı çıxışlarını əsasən iki istiqamət üzrə təqdim edib.

Birinci xəbərdə Prezident İlham Əliyevin Ermənistanın yanacaq təchizatında Azərbaycanın "etibarlı mənbə" rolunu vurğuladığı qeyd olunur. O bildirib ki, Ağ Evdə sülh müqaviləsinin paraflanmasından sonra məhdudiyyətlər birtərəfli qaydada aradan qaldırılıb və Azərbaycan vasitəsilə Rusiya, Qazaxıstan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton yük, eləcə də 10 mindən çox ton neft məhsulu çatdırılıb. Xəbərdə "Şuşa (i.e. Shushi)" qeydi saxlanılaraq erməni mövqeyi qorunub.

İkinci xəbərdə ("Հայաստանին առնչվող հարցերում հայ օլիգարխն աջակցել է Օկամպոյին. Ալիև") Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərə dair fikirlərinə yer verilib. Bildirilir ki, onun sözlərinə görə, Josep Borrellin dövründə münasibətlər "demək olar ki, tam çöküş" vəziyyətinə düşmüş, "anti-Azərbaycan qrupu" və "erməni oliqarx" keçmiş prokuror Luis Moreno Ocampoya dəstək vermişdi. Prezident qeyd edib ki, hazırda isə Ursula fon der Lyayen, Kaya Kallas və digər yüksək səviyyəli rəsmilərin səfərləri nəticəsində Brüssellə əməkdaşlıq yaxşılaşmağa başlayıb.

"Armenpress" və "Sputnik Armenia" forum haqqında geniş material dərc etməyib. Ümumilikdə erməni mediası tədbiri "işğal olunmuş Şuşi"də keçirilən təbliğat tədbiri kimi təqdim edir və mövzunu geniş təhlil etməkdən yayınırlar.

Erməni mediasının əsas diqqəti enerji əməkdaşlığı və beynəlxalq siyasət məsələlərinə yönəlib. Prezident İlham Əliyevin jurnalistlərin suallarına verdiyi cavablar erməni auditoriyası tərəfindən əsasən "Azərbaycanın qələbəçi ritorikası" kimi qiymətləndirilir.

Forum çərçivəsində Qarabağın yenidən qurulması ilə bağlı təqdim olunan məlumatlar da erməni mediasında tənqidi şəkildə şərh olunur. Həkəriçay ətrafında həyata keçirilən yol, su təsərrüfatı və körpü layihələri "işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasəti" və "demoqrafik dəyişiklik" cəhdi kimi təqdim edilir. Bu mövzu əvvəlki illərdə olduğu kimi, yenə də "mədəni irsin mənimsənilməsi" iddiaları ilə əlaqələndirilir.

Erməni ictimaiyyəti forumu və Qarabağla bağlı prosesləri ümumilikdə mənfi və ehtiyatla qarşılayır. Sosial şəbəkələrdə "yenə Şuşidə təbliğat", "işğalın leqallaşdırılması" və "Qarabağın itirilməsi" kimi ifadələrə tez-tez rast gəlinir. Prezidentin enerji təchizatı ilə bağlı açıqlamaları bəzi istifadəçilər tərəfindən "məcburi asılılıq", digərləri tərəfindən isə "reallığın qəbul edilməsi" kimi təqdim edilib. Qarabağdan köçmüş ermənilərin geri qayıdışı ilə bağlı məsələlər isə xüsusilə emosional reaksiyalara səbəb olub.  Ümumilikdə sosial şəbəkələrdə tənqidi mövqe üstünlük təşkil edir.

Apardığımız monitorinqlər göstərir ki, erməni mediası 13 iyulu selektiv şəkildə işıqlandırır. IV Şuşa Qlobal Media Forumu və Qarabağın yenidən qurulması prosesi əsasən "təbliğat" kontekstində ictimaiyyətə yeridilir. Erməni ictimaiyyəti isə bu proseslərə şiddətli narahatlıq və tənqidi yanaşma nümayiş etdirir.

Jalə Rövşən

XƏBƏR LENTİ
13 IYUL 2026
"Kiçik dövləti və məğlub xalqı" qalib millətə və Orta Gücə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyev 14:52 Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama 14:46 Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış –"Yeni qanun gələcəyimizi təhlükəyə atır" 14:41 Prezident: "Belə avtomobillə heç yerə getmərəm" 14:25 PSJ Dzion Sudzuki ilə danışıqlara başladı 14:29 Qrahamın sirr kimi ölümü - Rusiya dronlarının yol açdığı amerikan faciəsi 14:19 Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir 13:49 MM-in növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı 13:43 Azərbaycanlı atanın oğlu Ermənistanda prezident oldu - Azərbaycanlılara düşmən kəsildi 13:40 Zahid Oruc: Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq! 13:21 Prezident Azərbaycanı Orta Güc elan etdi 13:04 Onu görmürəm, ümid edirəm, həbs edilməyib - İlham Əliyev Qusmandan danışdı 12:55 Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO 12:47 İslamabad memorandumunun bəndləri qüvvədən düşdü 12:43 Dilicanın Meşəbəyisi Nəcəf Bəy Vəzirov 12:26 Döyüşlər bütün Bəsrə körfəzinə yayıldı 12:22 Vaxtilə kəmərlərə, dəhlizlərə görə kredit verməyənlər indi Azərbaycanın qapısında növbəyə durublar 12:20 İran ağır bombardman altında, Rusiya qırıcılarını köməyə göndərdi 12:03 Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi - YENİLƏNDİ 08:58 Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir? 12:02 Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü? 12:00 Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var 11:54 Sensasion rəqəm: Paytaxt istiqamətinə 350-dən çox PUA uçur... 11:52 Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR 11:46 İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var? 11:45 Bütün Xəbərlər