Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü?

Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü?
13.07.2026 12:00 Təhlil

Gürcüstanın müasir tarixinə nəzər saldıqda, ölkənin dövlət müstəqilliyini elan edən və onun ilk prezidenti olan Zviad Qamsaxurdiyanın fiquru hər zaman kəskin müzakirələr və ziddiyyətlərlə xatırlanıb.

Parlaq bir dissident, tanınmış yazıçı Konstantin Qamsaxurdiyanın oğlu kimi sovet rejiminə qarşı mübarizə aparan bu şəxs, hakimiyyət kürsüsünə əyləşdikdən sonra tamamilə fərqli bir siyasi portret cızıb. Onun radikal millətçiliyi, idarəetmədəki səriştəsizliyi və etnik azlıqlara qarşı yürütdüyü sərt siyasət Gürcüstanı qısa müddətdə vətəndaş müharibəsinin və parçalanmanın astanasına gətirib.

Dissidentlikdən radikal millətçiliyə

Zviad Qamsaxurdiyanın 1970-ci illərdəki fəaliyyəti daha çox insan hüquqlarının müdafiəsi və sovet repressiyalarına qarşı mübarizə ilə bağlı olub.

O, Gürcüstanda Helsinki Qrupunun yaradıcılarından biri olub, milli kimliyin qorunması uğrunda çıxışlar edib. Lakin 1980-ci illərin sonlarında Sovet İttifaqı dağılmağa doğru getdikcə, Qamsaxurdiyanın ritorikası liberal-demokratik xətdən uzaqlaşaraq kəskin şovinist müstəviyə keçib. Onun rəhbərlik etdiyi "Dairəvi Masa — Azad Gürcüstan" bloku xalqın daxili azadlıq axtarışını emosional və aqressiv millətçiliklə əvəzləyib. 1991-ci ilin mayında keçirilən prezident seçkilərində səslərin böyük əksəriyyətini qazanaraq hakimiyyətə gələn Qamsaxurdiyanın prezidentlik dövrü ölkə daxilində böyük bir xaosun başlanğıcı olub.

"Gürcüstan gürcülər üçündür" şüarı və azərbaycanlılara qarşı deportasiya siyasəti

Qamsaxurdiyanın hakimiyyət illəri Gürcüstanda yaşayan qeyri-gürcü xalqlar, xüsusilə də çoxəsrlik tarixi torpaqlarında yaşayan soydaşlarımız üçün ağır sınaq dövrünə çevrilib.

Onun irəli sürdüyü "Gürcüstan gürcülər üçündür" doktrinası ölkədəki etnik azlıqların sıxışdırılmasına hüquqi və ideoloji zəmin yaradıb.

Prezidentin birbaşa göstərişi və xeyir-duası ilə Borçalı bölgəsində (xüsusilə Bolnisi, Marneuli, Dmanisi və Qardabanidə) azərbaycanlılara qarşı genişmiqyaslı repressiyalar başlayıb. Azərbaycanlıların rəhbərlik etdiyi kolxoz və sovxozlar ləğv edilib, soydaşlarımız dövlət işlərindən və yerli idarəetmə orqanlarından kütləvi şəkildə uzaqlaşdırılıb. Ən dözülməz addımlardan biri isə toponimlərin dəyişdirilməsi olub, azərbaycan adları daşıyan kənd və qəsəbələrin adları zorla gürcüləşdirilib. Həmin dövrdə minlərlə azərbaycanlı ailəsi daimi təzyiqlər, fiziki zorakılıq və iqtisadi blokada səbəbindən doğma yurd-yuvalarını tərk edərək Azərbaycana pənah gətirmək məcburiyyətində qalıb. Qamsaxurdiyanın bu nifrət siyasəti təkcə azərbaycanlıları deyil, eyni zamanda osetin və abxazları da hədəf aldığı üçün ölkədə separatizm ocaqlarının alovlanmasına və ardıcıl etnik münaqişələrə yol açıb.

Hakimiyyətdən devrilmə və Qroznı mühacirəti

Qamsaxurdiyanın avtoritar idarəetmə meylləri, müxalifəti tamamilə sıradan çıxarmaq cəhdləri və ölkəni beynəlxalq izolyasiyaya sürükləməsi daxildəki hərbi-siyasi elitanı ona qarşı qaldırıb.

Artıq 1991-ci ilin payızında Tiflisdə gərginlik pik həddə çatıb. Tengiz Kitovani və Yaba İoselianinin rəhbərlik etdiyi "Mxedrioni" hərbi qruplaşması və Milli Qvardiya prezidentə qarşı açıq üsyana başlayıb.

1991-ci ilin dekabrından 1992-ci ilin yanvarınadək Tiflisin mərkəzində, xüsusəndə Rustaveli prospektində şiddətli döyüşlər gedib. Hərbi çevriliş nəticəsində Qamsaxurdiya hakimiyyətdən devrilib. O, paytaxtı tərk edərək əvvəlcə Ermənistana, oradan ise Çeçenistana qaçıb. Qroznıda çeçen lideri Cövhər Dudayevin himayəsi altında mühacirət hökuməti quran eks-prezident, Gürcüstanda qanuni hakimiyyətin yalnız özünə məxsus olduğunu iddia edərək iqtidarı geri qayıtmaq planları hazırlayıb.

Qanlı qayıdış cəhdi və müəmmalı ölüm iddiaları

1993-cü ilin payızında Gürcüstanın Abxaziyada ağır hərbi məğlubiyyətə uğramasından və ölkədə yaranan siyasi böhrandan istifadə edən Qamsaxurdiya, tərəfdarları ilə birlikdə Qərbi Gürcüstana (Sameqrelo bölgəsinə) geri dönüb.

O, Eduard Şevardnadze hökumətini devirmək üçün silahlı mübarizəyə başlasa da, bu cəhd uğursuzluqla nəticələnib. Hökumət qüvvələrinin sıxışdırdığı Qamsaxurdiya bir neçə sadiq adamı ilə Sameqrelonun dağlıq kəndlərində gizlənməyə məcbur olub.

Zviad Qamsaxurdiyanın ömrü 1993-cü il dekabrın 31-də başa çatıb. Onun ölüm şəraiti bu gün də Gürcüstan tarixinin ən qaranlıq səhifələrindən biri olaraq qalıb. Rəsmi ilkin versiyaya görə, Xibula kəndində çarəsiz vəziyyətə düşən eks-prezident tapança ilə intihar edib. Lakin onun ailəsi və tərəfdarları bu iddanı qəti şəkildə rədd ediblər.

Xüsusilə sonrakı illərdə parlament komissiyalarının araşdırmaları və şahid ifadələri fonunda fərqli iddialar ortaya atılıb. Bu iddialardan birinə görə, Qamsaxurdiya Sameqrelo dağlarında gizlənərkən deyil, əslində mühasirədən qatarla qaçmağa çalışarkən Şevardnadze hökumətinə sadiq xüsusi xidmət orqanları və ya rəqib hərbi qruplaşmalar tərəfindən pusquya salınaraq qatarda qətlə yetirilib, ölüm yeri isə sonradan rəsmi ssenariyə uyğunlaşdırılıb. Qəsd versiyasını müdafiə edənlər eks-prezidentin bədənindəki güllə yaralarının istiqamətinin intihar ehtimalını istisna etdiyini bildiriblər.

Onun cənazəsi əvvəlcə gizli şəkildə dəfn edilsə də, sonradan nəşi Qroznıya aparılıb, illər sonra — 2007-ci ildə isə yenidən Tiflisə gətirilərək Mtatsminda panteonunda dövlət səviyyəsində dəfn olunub. Qamsaxurdiyanın hakimiyyəti Gürcüstan dövlətçiliyinə ağır yaralar vuran və etnik zəmində dərin uçurumlar yaradan bir dövr kimi yaddaşlara həkk olunub.

Nicat Osmanlı

XƏBƏR LENTİ
13 IYUL 2026
Onu görmürəm, ümid edirəm, həbs edilməyib - İlham Əliyev Qusmandan danışdı 12:55 Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO 12:47 İslamabad memorandumunun bəndləri qüvvədən düşdü 12:43 Dilicanın Meşəbəyisi Nəcəf Bəy Vəzirov 12:26 Döyüşlər bütün Bəsrə körfəzinə yayıldı 12:22 Vaxtilə kəmərlərə, dəhlizlərə görə kredit verməyənlər indi Azərbaycanın qapısında növbəyə durublar 12:20 Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi - YENİLƏNDİ 08:58 İran ağır bombardman altında, Rusiya qırıcılarını köməyə göndərdi 12:03 Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir? 12:02 Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü? 12:00 Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var 11:54 Sensasion rəqəm: Paytaxt istiqamətinə 350-dən çox PUA uçur... 11:52 Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR 11:46 İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var? 11:45 Prezident Monteneqrolu həmkarını təbrik etdi 11:41 Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər 11:15 İranın vurduğu ABŞ bazası alovlar içində qaldı - VİDEO 11:34 “Zəngəzur dəhlizi vacib layihədir” - Prezident 11:29 NATO-nun Ankara Sammiti Türkiyənin inanılmaz gücünü ortaya çıxardı - Türkiyəyə qarşı "Xaç Yürüşü"nə başlanıldı 11:16 Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu 11:15 Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal 11:09 Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi 10:57 Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn 10:52 Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB 10:49 Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz... 10:37 Bütün Xəbərlər