Döyüşlər bütün Bəsrə körfəzinə yayıldı
Son ultimatumların pozulmasından sonra Yaxın Şərq regionu birbaşa və tammiqyaslı müharibə fazasına keçib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveyt, Bəhreyn, İordaniya, Qətər və Omandakı ABŞ və müttəfiqlərinin obyektlərinə ağır ballistik raketlər və dronlarla zərbələr endirib.
Həmçinin Küveytdə Amerikanın HIMARS və ATACMS raket sistemlərinin yerləşdiyi Əl-Mina bölgəsi hədəf alınıb.
İİKK "Patriot" batareyasını və radarları məhv etdiyini iddia etsə də, Küveyt ordusu hava hədəflərini vurduğunu bildirir; itkilər gizli saxlanılır.
Eyni zamanda, Ağ Evin əmri ilə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana dağıdıcı cavab zərbələri endirib. İranın cənubundakı 140 strateji hədəf - kruiz raket şəbəkələri, dron meydançaları və dəniz obyektləri bombalanaraq zərərsizləşdirilib.
Kəskin eskalasiya bütün diplomatik çərçivələri sarsıdaraq Fars körfəzini açıq müharibəyə sövq edir.
Jalə Rövşən