Millət vəkili: “Prezidentin bu mövqeyi milli yaddaşın yenilənməsi prosesini sürətləndirəcək”

Millət vəkili: “Prezidentin bu mövqeyi milli yaddaşın yenilənməsi prosesini sürətləndirəcək”
03.11.2025 17:01 Təhlil

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib ki, bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var.


Dövlətimizin başçısı qeyd edib: 

“Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Prezidentin səsləndirdiyi bu fikirlər ölkənin elmi və ideoloji inkişafında yeni mərhələnin başlanğıcını göstərir: 


“Prezident İlham Əliyevin “bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə böyük ehtiyac var” fikri sadəcə akademik dairələr üçün deyil, bütövlükdə milli ideologiyanın gələcək istiqamətlərini müəyyən edən strateji proqram xarakterli çağırışdır. Dövlət başçısı bu çıxışında müasir Azərbaycan tarixinin yalnız faktlar və hadisələr üzərindən deyil, milli dövlətçilik düşüncəsinin formalaşması, müstəqillik ideyasının gerçəkləşməsi və suverenliyin qorunması prizmasından öyrənilməsinin vacibliyini vurğuladı”.

Deputatın sözlərinə görə, Prezidentin bu mövqeyi həm elmi, həm siyasi, həm də mənəvi baxımdan milli yaddaşın yenilənməsi prosesini sürətləndirəcək:


“Bu çağırış, əslində, elmi ictimaiyyət üçün dövlət səviyyəsində prioritetlərin müəyyənləşdirilməsidir. Tarixin yalnız keçmişin salnaməsi kimi deyil, dövlət quruculuğunun fəlsəfəsini, milli kimliyimizi və ideoloji dayaqlarımızı izah edən strateji bilik sahəsi kimi təqdim edilməsi tələb olunur. Prezidentin “Azərbaycan bugünkü qədər güclü olmamışdır” fikri bu baxımdan həm müstəqil dövlətçilik təcrübəsinin, həm də milli özünüdərkin ən yüksək mərhələyə çatdığını göstərir”. 

Parlamentari diqqətə çatdırıb ki, Azərbaycan tarix elminin qarşısında duran əsas vəzifə artıq sadəcə xronoloji tədqiqatlarla məhdudlaşmamalı, elmi araşdırmaların dövlət siyasəti ilə uzlaşdırılması, milli maraqlara xidmət edən konseptual yanaşma formalaşdırılmalıdır:

“Sovet dövründə milli tarix ideoloji senzura altında təhrif olunur, dövlətçilik ənənələrimiz kölgədə saxlanılırdı. Bu gün isə tarix elmi faktların deyil, milli güc və məsuliyyət anlayışının elmi əsaslarla izahını verməlidir. Prezidentin çıxışı bu baxımdan elmin dövlətçilik missiyasını daha da gücləndirir”.

E.Mirzəbəylinin qənaətincə, dövlət başçısının “tədqiq” və “təbliğ” anlayışlarını yanaşı işlətməsi də xüsusi məna daşıyır:

“Tarixi tədqiq etmək onu sənədlərlə təsdiqləməkdirsə, təbliğ etmək bu həqiqətləri beynəlxalq səviyyədə təqdim etmək və Azərbaycan reallıqlarını müdafiə etmək deməkdir. Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqlar kontekstində tarix elminin bu istiqamətdə rolu daha da artıb. Artıq tarix həm də informasiya savaşının əsas alətinə çevrilib”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin çıxışı təkcə elmi institutlara deyil, bütövlükdə ziyalı təbəqəsinə ünvanlanmış strateji istiqamət kimi dəyərləndirilməlidir: 

“Bu çağırış tarixi yalnız öyrənmək deyil, onu dövlətçilik ideyası ilə sintez etmək, milli özünüdərk və elmi obyektivlik əsasında gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Elm və ideologiyanın bu sintezi Azərbaycanın suverenliyini möhkəmləndirən əsas dayaqlardan birinə çevriləcək. Prezidentin təşəbbüsü tarix elmini milli ideologiyanın strateji sütunu səviyyəsinə yüksəldir”. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər