Rusiya əvəzinə Hindistan seçimi: Ermənistan sülh ərəfəsində silahlanır...

Rusiya əvəzinə Hindistan seçimi: Ermənistan sülh ərəfəsində silahlanır...
26.01.2026 18:26 Təhlil

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ölkəsinin Hindistanla əməkdaşlığı genişləndirməyə və yeni iddialı təşəbbüslər irəli sürməyə hazır olduğunu bildirib. Son illər tərəflər arasında, xüsusən hərbi sahədə əməkdaşlıq güclənib.

Maraqlıdır, Ermənistanın Hindistanla hərbi əməkdaşlığı niyə güclənir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Hindistan Pakistanla düşmənçiliyinə görə Ermənistana dəstək verib:


"Ermənistanla Hindistanın hərbi əməkdaşlığı 44 günlük müharibədən sonra daha da yüksələn xətt üzrə davam etdi. Məlumdur ki, həmin müharibə zamanı Pakistan fəal şəkildə Azərbaycana dəstək verirdi. Hindistan da Pakistanla düşmən olduğuna görə Ermənistana dəstək verməyə qərar verdi və onların hərbi əməkdaşlığı artdı".

Analitik qeyd edib ki, Ermənistan ilk növbədə Hindistandan o qədər də keyfiyyətli olmayan silahlar almağa başladı, çünki o dövrdə digər dövlətlərdən müasir silahlar almaq mümkün deyildi. Rusiyadan almağa cəhd göstərdilər, ancaq Rusiya pulu aldı, lakin silahı vermədi, çünki Ukrayna müharibəsi başlamışdı.


Ekspert vurğulayıb ki, Ermənistan-Hindistan hərbi əməkdaşlığı davam edir:

"Sülh müqaviləsi Vaşinqtonda paraflanandan sonra Ermənistanla Hindistan arasında hərbi əməkdaşlıq davam etdi. Bu da aydındır, çünki bütün dövlətlər, hətta sülh müqaviləsi imzalayandan sonra da öz hərbi potensiallarını artırmağa çalışırlar. Hindistan isə dünyanın dördüncü ən böyük hərbi gücüdür. Yeri gəlmişkən, son reytinqlərə görə, Azərbaycan və Özbəkistan dünyanın 60 ən güclü orduları sırasında yer alırlar. Türkiyə də təbii olaraq ilk onluğa daxildir".


O diqqətə çatdırıb ki, Azərbaycan həm Türkiyə ilə, həm Pakistanla, həm də İsraillə hərbi əməkdaşlığını davam etdirir. Ordumuzun müasir tələblərə uyğun güclənməsi və möhkəmlənməsi üçün zəruri addımlar atılır. Dövlətlər adətən "sülh istəyirsənsə, müharibəyə hazırlaş" prinsipi ilə hərəkət edir, buna görə ordularını möhkəmləndirməyə çalışırlar.

A.Səmədov sonda əlavə edib ki, Ermənistan ordusu Azərbaycan qarşısında zəifdir:


"Ancaq Ermənistan bir şeyi anlamalıdır ki, nə qədər cəhd göstərsə də, onun ordusu Azərbaycan ordusundan həmişə zəif olacaq. Bunun səbəbi ordunun silahlanması üçün ayrılan vəsaitlər arasındakı böyük fərqdir. Digər tərəfdən, Azərbaycan dünyanın ən müasir silahlarını alır, Ermənistan isə Hindistan kimi kənardan silah alan ölkələrlə əməkdaşlıq edir. Hindistanın silahları isə təbii ki, o qədər də yüksək səviyyəli hesab olunmur. Lakin görünür ki, Ermənistanın başqa çarəsi yoxdur və buna görə Hindistanla hərbi əməkdaşlığı davam etdirmək məcburiyyətindədir".

Jalə Rövşən

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Prezident İlham Əliyev: Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun nizamnamə kapitalı iki dəfə artırılacaq 09:49 Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Bütün Xəbərlər