Zahid Oruc: Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq!

Zahid Oruc: Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq!
13.07.2026 13:21 Cəmiyyət

Daşınmaz əmlak idarəçiliyində yeni hüquqi təminatların yaradılmasına imkan verən hazırki qanun layihəsi sovet dövründən qalan, xüsusilə müstəqillik illərində genişlənən hüquqi, iqtisadi və sosial problemlərin sistemli həllinə yönəlib. Layihəni zəruri edən əsas üç səbəb var: 

Birincisi, müxtəlif dövrlərdə bələdiyyə və icra hakimiyyəti orqanlarının qərarları əsasında verilən, lakin sonradan dövlət qeydiyyatına tam daxil edilməyən torpaq və daşınmaz əmlak münasibətlərinin mövcudluğudur. İkincisi, tikinti sektorunda hüquqi boşluqlardan sui-istifadə halları, xüsusilə eyni mənzilin bir neçə şəxsə satılması faktları hələ də davam edir. Üçüncüsü, Azərbaycanın sürətlə inkişaf edən daşınmaz əmlak bazarı artıq yeni idarəetmə modelinə ehtiyac duyur.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Zahid Oruc deyib.

Daşınmaz əmlak bazarında son 35 ildə vəziyyət köklü şəkildə dəyişib. 1990-cı ildə istifadəyə verilən yaşayış sahələrinin 45,5 faizi şəhərlərdə, 54,5 faizi kənd yerində olduğu halda, 2024-cü ildə 90,3 faizi şəhər yerində, 9,7 faizi kənd ərazilərində aparılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın ümumi mənzil fondu 2003-cü ildə 125.3 milyon kvadratmetr olduğu halda ötən il 230,4 milyon kvadratmetrə çatıb. Ölkədə bir nəfərə düşən orta yaşayış sahəsi 17,6 kvadratmetrdən 22,6 kvadratmetrə yüksəlib.

Azərbaycanda mülkiyyət münasibətlərini yeni mərhələyə keçirən sistemli islahatın məqsədi vətəndaşın dövlət xidmətlərinə çıxışını sürətləndirmək, mülkiyyət hüququnun müdafiəsini gücləndirmək və daşınmaz əmlakın qeydiyyatı, kadastr uçotu sahəsində yeni idarəetmə modeli formalaşdırmaqdır.

Layihədə birinci qrup dəyişikliklər, daşınmaz əmlakın dövlət kadastrı ilə dövlət reyestri arasında inteqrasiyanın gücləndirilməsidir. Yəni, indiyədək müxtəlif informasiya bazalarında saxlanılan məlumatların vahid sistemdə birləşdirilməsi torpaq sahələrinin sərhədlərinin, hüquqi statusunun və texniki göstəricilərinin daha dəqiq və operativ idarə edilməsinə imkan verəcək. Xüsusilə, kənd rayonlarında torpaq və əmlak sərhədlərinin  plan xəritəsindəki natamamlıqlar vətəndaşları, dövlət orqanlarını və məhkəmə sistemini hədsiz müraciət yükü ilə üzləşdirirdi. 

Yeni qanun layihələri dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi hesabına vətəndaşın eyni məlumatı müxtəlif qurumlara dəfələrlə təqdim etmək zərurətini aradan qaldırır.

Layihənin ən mühüm yeniliklərindən biri təminat qeydi institutudur. Sadə dilə çevirsək, layihənin 17-1.-ci maddəsində göstəlir ki, mənzil alan vətəndaş artıq hüququnu binanın tikintisi başa çatdıqdan sonra yox, müqavilə bağlandığı andan etibarən dövlət reyestrində hüquqi təminat altına ala biləcək. O cümlədən, 17-1.2-ci maddəyə görə, tikintisi başa çatmamış binada hər bir pay üzrə yalnız bir təminat qeydi aparıla bilər – yəni, eyni mənzilin bir neçə şəxsə satılması riski sıfra endirilir. 

Təminat qeydi 3 iş günü müddətində aparılır, qeyd aparılmış şəxs öz hüquqlarını notariat qaydasında təsdiq olunan müqavilə əsasında başqa şəxsə ötürə bilər.

Dəyişikliklərin zəruriliyi son illərdə 20-dən çox tikinti şirkəti rəhbərinin cinayət məsuliyyətinə cəlb olunması, 5250 vətəndaşın zərərçəkmiş kimi tanınması faktları ilə də təsdiqlənir. Belə hadisələr bir ailənin problemi olmaqla yanaşı, bazarın etibarlılığına zərbə vurur, dövlət institutlarına inama təsir edir, vicdanlı tikinti şirkətlərinin də nüfuzuna xələl gətirirdi. 

Artıq mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi vasitəsilə dərhal dövlət informasiya sistemində əks olunacaq. Beləliklə, gələcəkdə eyni daşınmaz əmlak üzərində təkrar öhdəliklərin və satışların qarşısını alan qabaqlayıcı hüquqi mexanizm yaranır. 

Göründüyü kimi, dəyişiklik vicdanlı vətəndaşı qoruyacaq, tikinti şirkətlərinə ictimai etimadı gücləndirəcək, ÜDM-də payı 6,5 faiz olan inşaat sektorunu  canlandıracaq.

Layihənin digər mühüm yeniliyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müddətinin 10 iş günündən 1 iş gününə endirilməsidir.  Nəticədə, vətəndaş günlərlə müxtəlif qurumların qapısını döyməyəcək, sahibkar investisiya layihəsini daha tez reallaşdıracaq, bank və ipoteka əməliyyatları daha operativ aparılacaq, alqı-satqı prosesində vaxt itkisi və əlavə xərclər minimuma enəcək. 

Rəsmi məlumata görə, təkcə 2025-ci ildə ölkə üzrə 364 min 136 dövlət qeydiyyatı əməliyyatı həyata keçirilib. Hər gün orta hesabla 1000-dən çox daşınmaz əmlak əməliyyatı dövlət qeydiyyatından keçir.

Beynəlxalq təcrübəyə baxdıqda, Almaniya, Estoniya və Sinqapur kimi ölkələr onilliklər əvvəl eyni yolu keçib -  nəticədə əmlak sektoruna 100 milyardlarla dollar investisiya qoyulub.

Qanun layihəsi kağız sənədlərdən rəqəmsal dövriyyəyə, parçalanmış informasiya bazalarından vahid dövlət reyestrinə, uzun gözləmə müddətindən operativ və vətəndaşyönümlü xidmət modelinə keçidi təmin edir. 

İnanırıq ki, layihə xüsusilə bələdiyyə aktları ilə verilən və hələ də qeydiyyatsız olan əmlakların da hüquqi status qazanmasına yol açacaq, ölkəmizdə qeydiyyatsız ev, mənzil və torpaq məsələsinin birdəfəlik həlli üçün zəmin yaradacaq, mülkiyyət hüquqlarının daha etibarlı müdafiəsinə və daşınmaz əmlak bazarında yeni iqtisadi dəyərin formalaşmasına xidmət edəcək.

TodayPress TV

FOTOLAR

Zahid Oruc: Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq! — 1
XƏBƏR LENTİ
13 IYUL 2026
Qrahamın sirr kimi ölümü - Rusiya dronlarının yol açdığı amerikan faciəsi 14:19 Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir 13:49 MM-in növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı 13:43 Azərbaycanlı atanın oğlu Ermənistanda prezident oldu - Azərbaycanlılara düşmən kəsildi 13:40 Zahid Oruc: Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq! 13:21 Prezident Azərbaycanı Orta Güc elan etdi 13:04 Onu görmürəm, ümid edirəm, həbs edilməyib - İlham Əliyev Qusmandan danışdı 12:55 Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO 12:47 İslamabad memorandumunun bəndləri qüvvədən düşdü 12:43 Dilicanın Meşəbəyisi Nəcəf Bəy Vəzirov 12:26 Döyüşlər bütün Bəsrə körfəzinə yayıldı 12:22 Vaxtilə kəmərlərə, dəhlizlərə görə kredit verməyənlər indi Azərbaycanın qapısında növbəyə durublar 12:20 İran ağır bombardman altında, Rusiya qırıcılarını köməyə göndərdi 12:03 Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi - YENİLƏNDİ 08:58 Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir? 12:02 Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü? 12:00 Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var 11:54 Sensasion rəqəm: Paytaxt istiqamətinə 350-dən çox PUA uçur... 11:52 Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR 11:46 İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var? 11:45 Prezident Monteneqrolu həmkarını təbrik etdi 11:41 Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər 11:15 İranın vurduğu ABŞ bazası alovlar içində qaldı - VİDEO 11:34 “Zəngəzur dəhlizi vacib layihədir” - Prezident 11:29 NATO-nun Ankara Sammiti Türkiyənin inanılmaz gücünü ortaya çıxardı - Türkiyəyə qarşı "Xaç Yürüşü"nə başlanıldı 11:16 Bütün Xəbərlər