“Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı
2026-cı il üzrə dünyanın ən bahalı futbol klublarının yenilənmiş reytinqi açıqlanıb.
TodayPress TV analitik platforma “Brand Finance” istinadən xəbər verir ki, reytinqə əsasən, brend dəyəri ən yüksək olan klub yenə də “Real Madrid” komandasıdır.
“Kral klubu”nun brend dəyəri 2,36 milyard avro qiymətləndirilib.
“Barselona” 1,94 milyard avro ilə ikinci, İngiltərənin “Arsenal” klubu isə 1,51 milyard avro ilə üçüncü pillədə qərarlaşıb.
2026-cı ildə brend dəyərinə görə ən bahalı futbol klubları:
1. “Real Madrid” – 2,36 milyard avro
2. “Barselona” – 1,94 milyard avro
3. “Arsenal” – 1,51 milyard avro
4. “Bavariya” – 1,49 milyard avro
5. PSJ – 1,48 milyard avro
6. “Mançester Siti” – 1,46 milyard avro
7. “Liverpul” – 1,45 milyard avro
8. “Mançester Yunayted” – 1,42 milyard avro
9. “Çelsi” – 941 milyon avro
10. “Borussiya Dortmund” – 654 milyon avro
Namiq HUN