"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub etdi- YENİLƏNİB
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.
TodayPress TV-nin məlumatına görə, gecənin ikinci əsas görüşündə Rusiya təmsilçisi Şarabutdin Maqomedov (84,36) Braziliyadan olan Mişel Pereyra (84,14) ilə qarşılaşıb.
Orta çəkidəki dueldə Ş. Maqomedov qələbə qazanıb. O, üç raundun yekununa əsasən qalib olub.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
xxx
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.
TodayPress TV-nin məlumatına görə, azərbaycanlı Nazim Sadıxov (70,76 kq) Milli Gimnastika Arenasındakı yarışda oktaqona çıxıb.
O, Braziliya təmsilçisi Mateus Kamilo ilə üz-üzə gəlib.
N.Sadıxov ilk raundda rəqibinə uduzub.
xxx
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.
TodayPress TV-nin məlumatına görə, əsas görüşlərin üçüncü duelində Qazaxıstan təmsilçisi Asu Almabayev (57,15) ABŞ-dən olan Çarlz Consonla (56,92) üz-üzə gəlib.
Super yüngül çəkidəki döyüşdə A. Almabayev qələbə qazanıb.
O, üçüncü raundda rəqibini təslim olmağa məcbur edib.
xxx
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.
TodayPress TV-nin məlumatına görə, bu dəfə Rusiya təmsilçisi İkram Aliskerov (84,36) braziliyalı Bruno Ferreyra (83,91) ilə üz-üzə gəlib.
Orta çəkidəki döyüşdə İ. Aliskerov qələbə qazanıb. O, üç raundun yekununda rəqibini üstələyib.
xxx
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas qarşılaşmalar başlayıb.
TodayPress TV xəbər verir ki, ilk olaraq Almaniyanı təmsil edən Abus Maqomedov (84,14) polşalı Mixal Olekseyçukla (84,36) üz-üzə gəlib.
Orta çəkidəki görüşdə A. Maqomedov qələbəyə sevinib. O, birinci raundda vaxtından əvvəl qalib gəlib.
"UFC Fight Night Baku" turniri
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)