Naomi Osaka karyerasının ən emosional anını bölüşdü

Naomi Osaka karyerasının ən emosional anını bölüşdü
28.07.2026 16:24

Dünya reytinqində 13-cü pillədə qərarlaşan yaponiyalı tennisçi Naomi Osaka karyerasında ən önəmli hesab etdiyi qələbədən danışıb.

TodayPress TV xəbər verir ki, 2018-ci ildə ABŞ-nin İndian-Uells şəhərində keçirilən WTA 1000 turnirində qazandığı çempionluq onun üçün US Open titulundan da xüsusi əhəmiyyət daşıyır.

“Həmin turnirdə qalib gələndə düşünürdüm ki, həyat bundan daha fərqli ola bilməz. Bu qələbə mənim üçün çox özəldir. Çünki anam daim işləyirdi və mən onu çox az görürdüm. Həmin uğurdan sonra o, təqaüdə çıxa bildi. Düşünürdüm ki, bu, zirvədir. Sonra isə US Open və onun ardınca gələn hadisələr baş verdi”, – deyə Osaka Vaşinqtonda keçirilən WTA 500 turniri öncəsi mətbuat konfransında bildirib.

Yapon tennisçi məşhurluqdan heç vaxt zövq almadığını da etiraf edib.

“Mən məşhur olmaq istəmirəm. İndiki vəziyyətimdən razıyam. İndi məni tennisdən daha çox moda ilə əlaqələndirirlər. Amma bunu demək də istəmirəm, çünki bu mövsüm yaxşı oynayıram”, – deyə Osaka zarafatla əlavə edib.

Qeyd edək ki, Naomi Osaka Vaşinqtonda keçirilən WTA 500 turnirində mübarizəyə ikinci mərhələdən başlayacaq. Onun rəqibi dünya reytinqində 67-ci yerdə qərarlaşan ABŞ təmsilçisi Eşlin Krüger olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi? 17:28 “Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə 17:25 UFC çempionunun səmimi etirafı gündəm oldu 17:23 Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır 17:20 Zidan: “Deşam Deşamdır, Zidan isə Zidandır” 17:12 20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA 17:01 Dünya çempionu Rodri bıçaq altına yatdı 16:55 Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başladı 16:48 "O, əfsanədir" – Benzemadan Zidan haqqında diqqətçəkən açıqlama 16:45 “Siti” müdafiəsinin liderini uzunmüddətli müqavilə ilə bağladı 16:39 Naomi Osaka karyerasının ən emosional anını bölüşdü 16:24 Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də 16:22 İran Ukraynaya hücum planlaşdırır? - İDDİA 16:12 Avropada Ukraynanın yeni düşməni peyda oldu - Yunanlar ittifaqı uçuruma aparır 16:11 Azərbaycanlı güləşçilər dünya çempionatında rəqiblərinə şans vermədi 16:05 SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA 15:51 Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır 15:47 Sahibə Qafarova Efiopiyada səfərdədir 15:42 Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi" 15:28 İsrail İranın enerji obyektlərini vurmağa hazırlaşır 15:26 Azərbaycan millisi inanılmaz kambeklə qələbə qazandı 15:21 Adetokunbo yeni macərasına böyük hədəflə başlayır 15:15 Polşa şirkətləri Azərbaycan bazarına çıxır 15:05 Bütün Xəbərlər