Madrid nəhəngindən bomba transfer planı: Rodri gəlir?
“Real” Rodri üçün 50 milyon avro təklif etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
“Real” klubu “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri ilə bağlı danışıqlara başlayıb. “Kral klubu” təcrübəli futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres bu transferin həyata keçirilməsinə razılıq verib.
Qeyd edək ki, ötən mövsümü titulsuz başa vuran “Real Madrid” La Liqada ikinci pilləni tutub. Komanda İspaniya Kubokunda 1/8 finala, UEFA Çempionlar Liqasında isə 1/4 finala qədər irəliləyib. İspaniya Superkubokunda isə gümüş medallarla kifayətlənib.
Rodri 2025/2026-cı illər mövsümündə “Mançester Siti”nin heyətində 33 oyunda iştirak edib və 2 qol vurub. İspaniya millisinin heyətində isə 2026-cı il dünya çempionatının qalibi olub və turnirin ən yaxşı futbolçusu seçilib.
Namiq HUN