Montoya seçimini etdi: “Sepanq” onun sevimli trasıdır
Xuan Pablo Montoya Bəhreyn Qran-prisinin Malayziyaya köçürülməsini yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, “Formula-1” üzrə keçmiş pilot yarışın Malayziyanın “Sepanq” avtodromuna keçirilməsi barədə fikirlərini bölüşüb.
Mərhələ oktyabrın 2-dən 4-dək Malayziyada təşkil olunacaq.
Montoya bildirib ki, “Sepanq” onun “Formula-1”də ən sevdiyi trasdır və burada sürətli olmaq üçün böyük cəsarət tələb olunur.
“Bu, möhtəşəmdir. Mən orada yarışmışam və bu, inanılmaz idi. Düzünü desəm, bütün “Formula-1” trasları arasında ən sevdiyim məhz budur. Orada sürətli olmaq üçün çox cəsarətli olmaq lazımdır. Bu tras avtomobildən maksimum güc tələb edir”, – deyə Montoya bildirib.
Kolumbiyalı keçmiş pilot hesab edir ki, belə bir tras Maks Ferstappen kimi sürücülər üçün əlverişlidir. O, həmçinin Kimi Antonellinin də burada uğurlu çıxış edə biləcəyini vurğulayıb.
Namiq HUN