Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ?

Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ?
29.07.2026 12:01 Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında iyulun 27-də  telefon danışığı baş tutub. Təmas son aylarda iki ölkə arasında yaranmış gərginlik fonunda xeyli diqqət çəkir. 

TodayPress TV xəbər verir ki, "Ermənistanın İctimai Radiosu" nəşri danışığın əsasən Ermənistan mallarına Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər, Avropa Birliyi–Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsində mövqelər və ikitərəfli münasibətlərin gələcəyi ətrafında aparıldığını yazıb. 

Erməni ekspertlər bildirirlər ki, rəsmi açıqlamalarda konkret razılaşmanın əldə olunduğu görünmür. Onların qənaətinə görə, Paşinyan Moskva ilə dialoqu davam etdirməyə və iqtisadi problemlərin həllinə çalışsa da, Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya kursuna münasibətini dəyişməyib.

Eyni zamanda, İrəvan dəmir yolu infrastrukturunun bərpası və nəqliyyat əlaqələrinin açılması istiqamətində addımlarını davam etdirir.

Analitiklər hesab edirlər ki, tərəflər arasında müzakirələr avqustun 7–8-də Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqının hökumət başçılarının zirvə görüşü çərçivəsində də davam edə bilər.

Nəşr Paşinyanın təşəbbüsü ilə baş tutan telefon danışığından bir gün sonra Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə də telefon əlaqəsi saxlamasını diqqət çəkən məqam adlandırıb. Nəşr əlavə edib ki, bu dəfə  danışığın təşəbbüskarı Rusiya tərəfi olub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 IYUL 2026
Kataloniya cazibəsi: Romero “Barselona” üçün qərarını dəyişdi 13:01 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:59 Avropa çempionu Rusiya dünya çempionatında erkən mübarizəni dayandırdı 12:51 Montoya seçimini etdi: “Sepanq” onun sevimli trasıdır 12:46 Madrid nəhəngindən bomba transfer planı: Rodri gəlir? 12:39 Hazırda Azərbaycanda neçə əcnəbi yaşayır? - DMX rəisi açıqladı 12:32 Sibir sakinləri Rusiyadan imtina edir: "Bizə Moskva yox, Asiya lazımdır" - VİDEO 12:30 Qadın güləşçilərimiz dünya çempionatında ilk sınaqlarını verdi 12:25 Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - VİDEO 12:11 Qızıl uğur! Sona Ağayeva beynəlxalq turnirdə zirvəyə yüksəldi 12:03 Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ? 12:01 NBA təcrübəli məşqçi “Gəncə”nin sükanı arxasına keçdi 11:56 Tikilməkdə olan bina uçmağa başlayıb - VİDEO 11:50 Ev quşlarının kütləvi tələfatı - Cənub bölgəsində baş verənlər 11:35 "Sudan səbəblər"dən Sudanda başlayan müharibə ara vermir 11:28 Vətənə xəyanət edənlərin Hacıyevə hücumu kimin sifarişidir? 11:23 “SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq 11:15 Neft 81 dollar oldu 11:13 Döyüş dünyasını sarsıdan xəbər: Entoni Smit saxlanıldı 11:00 Fransızlar kralın deputatına atəş açdılar, təlim edirik dedilər 10:50 Buzovnada avtobusla yük avtomobili toqquşdu - GÖRÜNTÜLƏR 10:44 Qızıl ucuzlaşdı, gümüş bahalaşdı 10:39 Putin o qədər narahat oldu ki, Özbəkistan və Qazaxıstanla bağladığı müqaviləni dəyişdi 10:25 Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilindi 10:20 Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər 10:09 Bütün Xəbərlər