Avropa çempionu Rusiya dünya çempionatında erkən mübarizəni dayandırdı
Rusiyanın qadınlardan ibarət qılıncoynatma millisi dünya çempionatında Ukraynaya uduzub.
TodayPress TV xəbər verir ki, onlar komanda yarışlarının 1/4 final mərhələsinə yüksələ bilməyib.
Rusiyalı idmançılar 1/8 final görüşündə Ukrayna yığmasına 44:45 hesabı ilə məğlub olublar. Bu, Rusiya komandası üçün dünya çempionatında ilk qarşılaşma olub.
Qeyd edək ki, rusiyalı qılıncoynadanlar 2026-cı ilin iyununda Avropa çempionatında qızıl medal qazanıblar.
Xatırladaq ki, iyunun əvvəlində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) İcraiyyə Komitəsi Rusiya idmançılarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb. Rusiya qılıncoynadanları Honkonqda keçirilən dünya çempionatında ölkələrinin bayrağı və himni ilə iştirak edirlər.
Namiq HUN