Səudiyyəyə atılan raketin "tüstüsü" İraqdan çıxdı: 20 əsgər öldü - VİDEO
ABŞ və Səudiyyə Ərəbistanının İraq ərazisində Xalq Səfərbərlik Qüvvələrinin (PMF) mövqelərinə endirdiyi hava zərbələri nəticəsində ən azı 20 əsgərin həlak olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Məlumata görə, əməliyyat Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücuma cavab olaraq həyata keçirilib.
ABŞ və Səudiyyə Ərəbistanı həmin hücuma görə PMF-ni məsuliyyət daşımaqda ittiham edib.
Lakin Yəməndə fəaliyyət göstərən husilər bu iddianı rədd edərək, neft obyektlərinə hücumu özlərinin həyata keçirdiyini açıqlayıblar.
Onlar bildiriblər ki, hücum Səudiyyə Ərəbistanının Yəmən ərazisinə endirdiyi zərbələrə cavab məqsədi daşıyıb.
Hadisə ilə bağlı vəziyyət gərgin olaraq qalır.
Tərəflərin açıqlamaları bir-birini təkzib etdiyindən, hücumun icraçıları barədə müstəqil təsdiq hələlik yoxdur.
Jalə Rövşən