Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi

Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi
29.07.2026 13:11 İdman

Bundesliqa 1 milyard avroluq kredit üçün ABŞ şirkəti ilə danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri  məlumat yayıb. 

Almaniya Bundesliqasının (DFL) rəhbərliyi maliyyələşdirmə ilə bağlı ABŞ-ın “Apollo Sports Capital” investisiya şirkətinin təklifini nəzərdən keçirir.

Məlumata əsasən, iyun ayında Nyu-Yorkda DFL və “Apollo Sports Capital” nümayəndələri arasında qapalı görüş keçirilib. Tərəflər Bundesliqaya 20 il müddətinə kredit ayrılması məsələsini müzakirə ediblər.

Razılaşma çərçivəsində təminat kimi liqanın daxili televiziya hüquqlarının satışından əldə olunacaq gəlirlərdən istifadə edilməsi planlaşdırılır. Danışıqlar isə rəsmi tender keçirilmədən birbaşa aparılır.

Maliyyənin cəlb edilməsində əsas məqsəd Bundesliqanın beynəlxalq arenadakı mövqeyini gücləndirməkdir. Vəsaitlərin liqanın xaricdə tanıdılması, klubların xarici turnelərinin təşkili və marketinq layihələrinin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur.

DFL bununla hazırda maliyyə imkanları və qlobal tanınma baxımından Almaniya çempionatını qabaqlayan İngiltərə Premyer Liqası ilə fərqi azaltmağa çalışır.

Qeyd olunur ki, sövdələşmə hələ ilkin mərhələdədir və bunun reallaşması üçün Almaniya klublarının nümayəndələrinin razılığı tələb olunur. Daha əvvəl DFL-in özəl investorları cəlb etmək cəhdləri azarkeşlərin ciddi narazılığı ilə qarşılanmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 14:20 “Çelsi”dən sürpriz transfer: 35 yaşlı Uelbek geri döndü 14:09 Rusiyanın işi Tanrıya qaldı - Köməyi yuxarıdan gözləyirlər - VİDEO 14:08 Boyu ilə rekord qıran 18 yaşlı basketbolçu hamını təəccübləndirdi - FOTO 13:57 Səudiyyəyə atılan raketin "tüstüsü" İraqdan çıxdı: 20 əsgər öldü - VİDEO 13:47 “Qarabağ”ın rəqibi açıq mesaj verdi: Hücum edəcəyik! 13:42 İsrail "Hizbullah"ın yeraltı obyektini məhv etdi 13:39 Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? - Özündən açıqlama 13:25 Bir dövr başa çatdı: Neymar Braziliya millisindən getdi 13:20 Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ 13:15 Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi 13:11 Kataloniya cazibəsi: Romero “Barselona” üçün qərarını dəyişdi 13:01 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:59 Avropa çempionu Rusiya dünya çempionatında erkən mübarizəni dayandırdı 12:51 Montoya seçimini etdi: “Sepanq” onun sevimli trasıdır 12:46 Madrid nəhəngindən bomba transfer planı: Rodri gəlir? 12:39 Hazırda Azərbaycanda neçə əcnəbi yaşayır? - DMX rəisi açıqladı 12:32 Sibir sakinləri Rusiyadan imtina edir: "Bizə Moskva yox, Asiya lazımdır" - VİDEO 12:30 Qadın güləşçilərimiz dünya çempionatında ilk sınaqlarını verdi 12:25 Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - VİDEO 12:11 Qızıl uğur! Sona Ağayeva beynəlxalq turnirdə zirvəyə yüksəldi 12:03 Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ? 12:01 NBA təcrübəli məşqçi “Gəncə”nin sükanı arxasına keçdi 11:56 Tikilməkdə olan bina uçmağa başlayıb - VİDEO 11:50 Ev quşlarının kütləvi tələfatı - Cənub bölgəsində baş verənlər 11:35 Bütün Xəbərlər