“Qarabağ”ın rəqibi açıq mesaj verdi: Hücum edəcəyik!

“Qarabağ”ın rəqibi açıq mesaj verdi: Hücum edəcəyik!
29.07.2026 13:42 UEFA

“Qarabağ” çox ciddi rəqibdir. Onların oyun üslubunu yaxşı təhlil etmişik və buna ən yaxşı şəkildə cavab verməyə çalışacağıq.

TodayPress TV “azertag.az”a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstanın ÇSKA (Sofiya) klubunun baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis vurğulayıb ki, növbəti mərhələyə yüksəlmək üçün ilk matçdakı çıxışa əlavə keyfiyyət qatmalı, qol vurmalı və yaranacaq imkanlardan maksimum yararlanmalıdırlar. Xristo Yanev komandasının müdafiəyə çəkilmək niyyətində olmadığını bildirib: 

“Heç vaxt komandamın yalnız müdafiə olunmasını istəməmişəm. Məqsədimiz böyük səhnədə çıxış etmək və Bolqarıstanı güclü rəqiblərə qarşı layiqincə təmsil etməkdir. Öz güclü tərəflərimiz də var. Futbolçularımız topa sahib olduğumuz anlarda rəqibin buraxdığı boşluqlardan istifadə etməyə çalışmalıdırlar”.

Qeyd edək ki, iyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək ÇSKA – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 Zelenski Trampdan 300 "Patriot" istəyib əvəzində elə bir şey təklif etdi ki... 15:28 FIFA-dan “Qaziantep” üçün gözlənilən qərar gəldi 15:24 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNDİ 15:21 Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - VİDEO 15:05 "Koroğlu" operasını Üzeyir yazdı deyə Maqomayev işini yarıda saxladı 14:46 Azərbaycan “Netflix”də tanıdılacaq 14:55 Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi 14:52 Rusiya sığışmır - Kreml niyə eyni vaxtda Bakı və İrəvanla təmasa keçdi? 14:45 “DH Volley” braziliyalı baş məşqçiyə etibar etdi 14:25 Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 14:20 “Çelsi”dən sürpriz transfer: 35 yaşlı Uelbek geri döndü 14:09 Rusiyanın işi Tanrıya qaldı - Köməyi yuxarıdan gözləyirlər - VİDEO 14:08 Boyu ilə rekord qıran 18 yaşlı basketbolçu hamını təəccübləndirdi - FOTO 13:57 Səudiyyəyə atılan raketin "tüstüsü" İraqdan çıxdı: 20 əsgər öldü - VİDEO 13:47 “Qarabağ”ın rəqibi açıq mesaj verdi: Hücum edəcəyik! 13:42 İsrail "Hizbullah"ın yeraltı obyektini məhv etdi 13:39 Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? - Özündən açıqlama 13:25 Bir dövr başa çatdı: Neymar Braziliya millisindən getdi 13:20 Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ 13:15 Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi 13:11 Kataloniya cazibəsi: Romero “Barselona” üçün qərarını dəyişdi 13:01 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:59 Avropa çempionu Rusiya dünya çempionatında erkən mübarizəni dayandırdı 12:51 Montoya seçimini etdi: “Sepanq” onun sevimli trasıdır 12:46 Bütün Xəbərlər