“Arsenal” iddiaları fonunda Vinisius qərarını verir

“Arsenal” iddiaları fonunda Vinisius qərarını verir
03.08.2026 10:00

Vinisiusun gələcəyi “Real”da həlledici danışıqlardan asılıdır.

TodayPress TV “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Vinisius Junior yaxın günlərdə klub rəhbərliyi ilə yeni müqavilə ilə bağlı həlledici danışıqlar aparacaq.

Məlumata görə, braziliyalı futbolçu avqustun 2-də axşam saatlarında Madridə qayıdıb və bu gün baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayacaq. Vinisius əvvəlcə baş məşqçi ilə görüşəcək, daha sonra isə klub rəhbərliyi ilə müqavilə məsələsini müzakirə edəcək.

Hazırkı müqavilənin müddəti daha 11 ay qüvvədədir. “Real” komandasının aparıcı oyunçularından birini heyətdə saxlamaq niyyətində olsa da, futbolçunun irəli sürdüyü maliyyə tələblərinə uyğun olaraq son təklifini yaxşılaşdırmağa hazır deyil.

Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməsələr, “kral klubu” Vinisiusu gələn il pulsuz itirməmək üçün onu bu yay transfer pəncərəsində satmaq variantını nəzərdən keçirə bilər.

Qeyd edək ki, Vinisius 2025/2026 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 22 qola imza atıb. Daha əvvəl futbolçu ilə İngiltərənin “Arsenal” klubunun maraqlandığı bildirilmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 “Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bütün Xəbərlər