Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki...

Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki...
29.06.2026 14:45

Avropada baş verən istiləşmə nəticəsində temperaturun 41-42 dərəcəyə qədər yüksəlməsi Avropa qitəsi, xüsusilə Şərqi və Şimali Avropa ölkələri üçün qeyri-adi göstəricisidir. Bu, birbaşa iqlim dəyişikliklərinin nəticəsidir, eyni zamanda hazırda Avropa qitəsi üzərində yaranan yüksək təzyiq və istilik nəticəsində formalaşan istilik qübbəsinin təsiridir.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, bu qübbə Günəşdən gələn istiliyin geri qayıtmasını çətinləşdirir və temperaturun yüksək səviyyədə saxlanmasına şərait yaradır:

“Son məlumata görə, xeyli insan bu istilərdən zərər çəkib. Çünki Avropada bu cür istilər son 40-50 ildə müşahidə olunmayıb.

Bildiyimiz kimi, yanacaq ehtiyatlarının istifadəsi nəticəsində karbon dioksid və digər emissiya qazları atmosferdə toplanaraq istixana effekti yaradır. Bu da istiləşmənin əsas səbəblərindən biridir. Nəticədə buzlaqların əriməsi baş verir və Yer kürəsinin orta temperaturu təxminən 1,5 dərəcə artıb. Bu, BMT-nin iqlim dəyişmələri üzrə hesabatlarında da qeyd olunub və artımın 2 dərəcəyə yaxınlaşdığı bildirilir. Bu proses də yanacaq istifadəsinin artması ilə bağlıdır”.

Ekoloq hesab edir ki, bunun Azərbaycana da təsirləri var:

“Həmin isti hava kütlələri, yəni atmosferin yuxarı qatlarında yaranan yüksək təzyiq və istilik effekti tədricən Cənubi Qafqaza doğru hərəkət etməyə başlayıb. Bir müddətdən sonra bunun təsirlərini Azərbaycanda da görəcəyik və anomal hava şəraitinin baş verməsi gözlənilir.

Burada Afrika üzərindən hərəkət edən siklonlar həm Avropaya, həm də Cənubi Qafqaza istiqamətlənərək Türkiyə və Aralıq dənizi üzərindən bölgədə temperaturun yüksəlməsinə təsir göstərəcək. Bütün bunlar Xəzər dənizinin səth sularının qızmasına və buxarlanmanın artmasına səbəb olacaq. Bu da öz növbəsində havanın temperaturunun daha da yüksəlməsinə təsir göstərəcək”.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Ana dilində danışmaq istəyən türklər Bakıda birinci qurultay keçirdi - Türkiyənin və SSRİ-nin taleyini dəyişdirdilər 16:01 Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir 15:50 Tramp: Sabah Dohada İranla görüş baş tutacaq 15:42 Birinci Türkoloji Qurultaya həsr olunan beynəlxalq tədbir keçiriləcək 15:39 İnsulin müqaviməti necə formalaşır? Qarşısının alınması və idarəsi 14:25 Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 Prezidentdən Naxçıvanla bağlı qərar 15:06 Bu ölkə ilə viza tələbi ləğv edildi - QANUN 14:57 Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki... 14:45 Azərbaycanın Səfəviləri özününkü sayması İran millətçilərini qəzəbləndirdi - Bakıya kin seli axdı - VİDEO 14:43 Azərbaycanın ən müqəddəs qələmi onun idi - Zərdabinin yaşayan xətti 14:42 "Demokratiya TV"nin rəhbəri həbs edildi 14:38 Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz 14:32 Sızan bağırsaq sindromu barədə nə bilinir? Simptomlar və yanaşmalar 14:20 Rusiya yüzlərlə Ukrayna PUA-sını vurdu 14:18 Meteohəssas şəxslərin NƏZƏRİNƏ! Geomaqnit qasırğası olması ehtimalı var 14:09 ABŞ Müdafiə naziri gecə ilə Bakıya uçdu - Rusiya və İranı təşvişə salan 100 milyonluq layihə… 13:59 Pirşağıda dənizdə qadın batdı 13:56 Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız 13:53 Rus dilinin hökmdar olduğu cəmiyyətdə Azərbaycan dilini kimlər necə dövlət dili edə bildilər? 13:45 Rusiya Ukraynanı "qaranlığa" qərq etdi - 8 vilayətdə işıqlar söndü! 13:33 Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək 13:21 Nazirə ağır itki üz verdi 13:07 Bütün Xəbərlər