İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır?

İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır?
29.06.2026 15:14 Cəmiyyət

Supermarketlərdə, digər satış məntəqələrində və ictimai yerlərdə istehlakçıların bilmədən məhsul sındırması halları tez-tez baş verir. Belə vəziyyətlərdə bəzi mağazalar istehlakçıdan zərərin dərhal ödənilməsini tələb edir.

Maraqlıdır ki, qanun buna nə deyir?

Mövzu ilə bağlı hüquqşünas İntiqam Hacıyev TodayPress TV-yə bildirib ki, satıcının alıcını mağazada saxlamaq, hansısa bir əşyasını girov götürmək, yaxud onu yerindəcə ödəniş etməyə məcbur etmək hüququ yoxdur.


Onun sözlərinə görə, satıcı hadisəni aktlaşdırıb, təhlükəsizlik kameralarının görüntülərini də əlavə edərək məhkəməyə müraciət edə və zərərin ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.

Hüquqşünas qeyd edib ki, məhsulun pulu ödənilməyib və alıcıya təhvil verilməyibsə, o hələ də satıcının mülkiyyətində sayılır. Bu səbəbdən də məhsulun təsadüfən zədələnməsi və ya məhv olması riski satıcının üzərində qalır.

Ancaq alıcının qəsdi və ya kobud ehtiyatsızlığı olarsa, vəziyyət fərqli olur.

“Məsələn, alıcı qəsdən məhsulu yerə atıb sındırırsa və ya mağazada qaçaraq, normal olmayan davranış nəticəsində məhsullara zərər vurursa, bu halda dəymiş zərəri ödəməlidir”, – deyə hüquqşünas bildirib.

Yəni məhsulun sındırılması hər zaman alıcının onu ödəməli olduğu anlamına gəlmir. Burada əsas məsələ hadisənin necə baş verməsi və alıcının təqsirinin olub-olmamasıdır. Bu isə zərurət yaranarsa, məhkəmə tərəfindən qiymətləndirilir.

Xanım Musayeva

XƏBƏR LENTİ
16 AVQUST 2026
Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Bütün Xəbərlər