Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək

Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
29.06.2026 13:21 Xarici siyasət

Türk Dünyası Həftəsi ərzində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək.

TodayPress TV xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, həmin konfransda Türk dünyasının müxtəlif ölkələrindən tanınmış türkoloq alimlərin iştirakı nəzərdə tutulur.

“Dövlət başçısının imzaladığı müvafiq sərəncam əsasında Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, il ərzində yüzə yaxın müxtəlif səpkili tədbirin keçirilməsi nəzərdə tutulur və artıq bu istiqamətdə fəaliyyətlər həyata keçirilir. Bu çərçivədə 1926-cı ildə keçirilmiş qurultayın stenoqramının yenidən nəşri, həmin dövrün çıxışlarının araşdırılması, qurultayda iştirak etmiş 131 ziyalının, alimin və türkoloqun elmi fəaliyyətinin öyrənilməsi, ictimaiyyətin daha geniş şəkildə maarifləndirilməsi, həmçinin xüsusi bədii-sənədli filmin hazırlanaraq təqdim olunması planlaşdırılır. Qeyd edim ki, bu il Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə də dövlət başçımız bu həftənin keçirilməsi ilə bağlı məlumat verib və iyun ayının sonundan etibarən Türk Dünyası Həftəsinin Azərbaycanda təşkil olunacağını bildirib”, - nazir müavini vurğulayıb.

XƏBƏR LENTİ
29 IYUN 2026
Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz 14:32 Sızan bağırsaq sindromu barədə nə bilinir? Simptomlar və yanaşmalar 14:20 Rusiya yüzlərlə Ukrayna PUA-sını vurdu 14:18 Meteohəssas şəxslərin NƏZƏRİNƏ! Geomaqnit qasırğası olması ehtimalı var 14:09 ABŞ Müdafiə naziri gecə ilə Bakıya uçdu - Rusiya və İranı təşvişə salan 100 milyonluq layihə… 13:59 Pirşağıda dənizdə qadın batdı 13:56 Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız 13:53 Rus dilinin hökmdar olduğu cəmiyyətdə Azərbaycan dilini kimlər necə dövlət dili edə bildilər? 13:45 Rusiya Ukraynanı "qaranlığa" qərq etdi - 8 vilayətdə işıqlar söndü! 13:33 Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək 13:21 Nazirə ağır itki üz verdi 13:07 İyunun son günündə neçə dərəcə isti gözlənilir? 12:44 İran Bəhreyndəki ABŞ bazalarına zərbə endirdi - VİDEO 12:36 Bağdadın "ürəyində" yanğın başladı: Şəhər mərkəzi alova təslim oldu 12:31 Ötən həftə bu ərazilər minalardan təmizləndi 12:24 Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 12:19 "Araz-Naxçıvan" İssouf Paro ilə bağlı qərar verdi 12:09 Tarix artıq həqiqətin axtarıldığı məkan olmaqdan çıxır: İsrailin qərarının məzmunu nədir? 11:26 Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi 11:52 Gədəbəydə ermənilərdən qisas alan Axıska türkü - "Bu da Məsmə xalanın əvəzi!" deyib düşmənin üstünə şığıdı 11:34 Ermənistan Zəngəzura doğru - Tunel tikintisi başladı 11:27 Dəfnində izdiham yaşanır, yollar bağlanır - Azərbaycanın ən qəribə məşhuru, repin atası Hüseyn Dərya "Kamaz"ın altında can verir 11:27 Bakının seçilməsi təsadüf deyil! - Ərdoğan Azərbaycanın strateji rolunu belə qiymətləndirdi 11:19 Gəncədə əsir düşənləri qırdırmaq üçün Surətin qardaşını oğurlayıb öldürmək istəyirdilər - İllər sonra açılan SİRR 11:17 “Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi" -Azərbaycanlı müğənnidən etiraf... 11:07 Bütün Xəbərlər