Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki...

Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki...
29.06.2026 14:45 Cəmiyyət

Avropada baş verən istiləşmə nəticəsində temperaturun 41-42 dərəcəyə qədər yüksəlməsi Avropa qitəsi, xüsusilə Şərqi və Şimali Avropa ölkələri üçün qeyri-adi göstəricisidir. Bu, birbaşa iqlim dəyişikliklərinin nəticəsidir, eyni zamanda hazırda Avropa qitəsi üzərində yaranan yüksək təzyiq və istilik nəticəsində formalaşan istilik qübbəsinin təsiridir.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, bu qübbə Günəşdən gələn istiliyin geri qayıtmasını çətinləşdirir və temperaturun yüksək səviyyədə saxlanmasına şərait yaradır:

“Son məlumata görə, xeyli insan bu istilərdən zərər çəkib. Çünki Avropada bu cür istilər son 40-50 ildə müşahidə olunmayıb.

Bildiyimiz kimi, yanacaq ehtiyatlarının istifadəsi nəticəsində karbon dioksid və digər emissiya qazları atmosferdə toplanaraq istixana effekti yaradır. Bu da istiləşmənin əsas səbəblərindən biridir. Nəticədə buzlaqların əriməsi baş verir və Yer kürəsinin orta temperaturu təxminən 1,5 dərəcə artıb. Bu, BMT-nin iqlim dəyişmələri üzrə hesabatlarında da qeyd olunub və artımın 2 dərəcəyə yaxınlaşdığı bildirilir. Bu proses də yanacaq istifadəsinin artması ilə bağlıdır”.

Ekoloq hesab edir ki, bunun Azərbaycana da təsirləri var:

“Həmin isti hava kütlələri, yəni atmosferin yuxarı qatlarında yaranan yüksək təzyiq və istilik effekti tədricən Cənubi Qafqaza doğru hərəkət etməyə başlayıb. Bir müddətdən sonra bunun təsirlərini Azərbaycanda da görəcəyik və anomal hava şəraitinin baş verməsi gözlənilir.

Burada Afrika üzərindən hərəkət edən siklonlar həm Avropaya, həm də Cənubi Qafqaza istiqamətlənərək Türkiyə və Aralıq dənizi üzərindən bölgədə temperaturun yüksəlməsinə təsir göstərəcək. Bütün bunlar Xəzər dənizinin səth sularının qızmasına və buxarlanmanın artmasına səbəb olacaq. Bu da öz növbəsində havanın temperaturunun daha da yüksəlməsinə təsir göstərəcək”.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Hörmüzü minalardan birgə təmizləyəcəklər 20:05 Hindistan və Səudiyyə Ərəbistanı memorandum imzaladı 20:03 Bu qanun layihəsi Azərbaycan parlamentində dəstəkləndi 20:16 Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı 20:14 Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar 19:57 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb 20:01 Müasir qanunvericilik bazası üçün kompleks islahatlar hazırlanır 19:59 Faciəvi şəkildə ölən Vəli bu məşhurun qardaşı imiş 19:55 Ukrayna Rusiyaya məxsus strateji obyektləri vurdu 19:48 Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur 19:42 Azərbaycan rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun liderlərindən biri olmalıdır - Mehriban əliyeva 19:35 Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi 19:28 Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi 19:22 Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzaladı 19:26 Tokayev: Qazaxıstan BTC ilə neftin nəqlini artıracaq 19:41 Dərs və məşğələ zamanı telefondan istifadə qadağan edildi 19:39 ABŞ-də 5,5 maqnitudalı zəlzələ baş verdi 19:31 Sevgi ağrısı nədir? Psixosomatika bu hissi necə izah edir? 15:50 FN F2000: Bullpup dizaynın innovativ nümunəsi 18:02 "Qəbələ" Kouya Mabena ilə müqavilə imzaladı 17:46 Aytmatovun "Səlvi boylum, al yazmalım" aynasından görünən Azərbaycanı Kadir İnanır necə xatırlatdı? 17:25 ADY yay qrafikinə keçir 17:13 Liam Rosenyor "Paris"lə anlaşmağa yaxındır 17:06 Lupus xəstəliyi niyə yaranır? Simptomlar və uzunmüddətli nəzarət yolları 14:32 SSRİ-ni naxçıvanlılar dağıtdı... - Moskvanın "palaz altına süpürdüyü" həqiqət - VİDEO 16:52 Bütün Xəbərlər