Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz

Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz
29.06.2026 14:32 Cəmiyyət

Bakıda son vaxtlar yolların çökməsi halları tez-tez baş verir. Bir neçə saniyə ərzində yaranan bu təhlükəli vəziyyət həm sürücüləri, həm də piyadaları narahat edir.

Bəs paytaxtda yol çökmələrinin artmasının səbəbi nədir? Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə açıqlama verib:


“Son vaxtlar Bakıda yollarda baş verən çökmələr artıq ayrı-ayrı texniki nasazlıq kimi deyil, şəhərin yeraltı infrastrukturunda müəyyən sistemli problemlərin göstəricisi kimi qiymətləndirilməlidir. Şəhər böyüdükcə və nəqliyyat yükü artdıqca onilliklər əvvəl çəkilmiş kommunikasiya xətləri əvvəlki imkanlarla bu yükü daşımaqda çətinlik çəkir. Nəticədə yol örtüyünün altında görünməyən proseslər zamanla boşluqlar yaradır və bu boşluqlar müəyyən mərhələdə asfalt örtüyünün çökməsinə səbəb olur. Əsas səbəblərdən biri köhnəlmiş su və kanalizasiya xətlərində baş verən sızmalardır. Kiçik görünən su sızmaları belə uzun müddət ərzində torpaq qatını yuyaraq yolun altında boşluqlar əmələ gətirir. Sürücülər uzun müddət heç nə hiss etməsələr də, bir anda asfaltın çökməsi mümkündür. Bu cür hadisələr xüsusilə intensiv hərəkət olan küçə və prospektlərdə daha təhlükəli nəticələr yarada bilər. Digər mühüm amil müxtəlif kommunikasiya xətlərinin çəkilməsi və sonradan aparılan bərpa işlərinin keyfiyyətidir. Bir çox hallarda qaz, su, rabitə və ya elektrik xətləri üçün qazılmış yollar əvvəlki vəziyyətinə tam uyğun şəkildə bərpa edilmir. Torpaq lazımi səviyyədə sıxılmadıqda zaman keçdikcə çökmələr yaranır və asfalt örtüyü deformasiya olur. Bakının geoloji xüsusiyyətləri də nəzərə alınmalıdır. Şəhərin bəzi ərazilərində torpaq strukturu daha həssasdır və qrunt sularının səviyyəsində baş verən dəyişikliklər, eləcə də intensiv yağıntılar torpağın dayanıqlığını azalda bilir. Son illərdə müşahidə olunan güclü yağışlar yağış sularının torpaq qatına daha çox nüfuz etməsinə və mövcud boşluqların böyüməsinə şərait yaradır. Bundan əlavə, ağırtonnajlı yük avtomobillərinin hərəkəti də yol örtüyünə və onun alt qatlarına ciddi təsir göstərir. Əgər yolun konstruksiyası həmin yükə uyğun layihələndirilməyibsə və ya alt qatlarda artıq zəifləmə mövcuddursa, çökmə riski daha da artır”.

Ekspert, həmçinin “Problemin həlli üçün hadisədən sonra sadəcə asfaltın yenilənməsi kifayət etmir. Əsas məqsəd səbəbi aradan qaldırmaq olmalıdır. Bunun üçün yeraltı su, kanalizasiya və digər kommunikasiya şəbəkələri müasir diaqnostika texnologiyaları ilə mütəmadi yoxlanılmalı, sızmalar erkən mərhələdə aşkarlanmalıdır. Yolun alt qatının vəziyyətini müəyyən edən georadar və digər müasir avadanlıqlardan geniş istifadə edilməlidir. Eyni zamanda şəhərdə fəaliyyət göstərən bütün kommunal qurumların vahid rəqəmsal infrastruktur xəritəsi formalaşdırılmalıdır. Belə olduqda hər hansı qazıntı və ya təmir işindən əvvəl yeraltı kommunikasiya barədə tam məlumat əldə etmək mümkün olar və müxtəlif qurumların eyni ərazidə təkrar qazıntı aparmasının qarşısı alınar. Yeni yol tikintisi və əsaslı təmirlər zamanı geoloji ekspertiza, torpağın laborator analizləri və sıxlaşdırma keyfiyyəti daha ciddi nəzarətdə saxlanılmalıdır. Təmir işlərini həyata keçirən podratçıların məsuliyyəti artırılmalı, görülən işlərə uzunmüddətli zəmanət mexanizmi tətbiq edilməlidir. Nəticə etibarilə, Bakıda yol çökmələrinin qarşısını almaq üçün reaktiv deyil, qabaqlayıcı idarəetmə modelinə keçid vacibdir. Çünki yolun üst hissəsi görünən problemdir, əsl səbəb isə əksər hallarda onun altında yerləşən infrastrukturda gizlənir. Məhz yeraltı kommunikasiya sistemlərinin vaxtında yenilənməsi, müasir monitorinq texnologiyalarının tətbiqi və keyfiyyətli tikinti standartlarının təmin olunması həm bu cür hadisələrin sayını azaldacaq, həm də sürücülərin və piyadaların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq”, - deyə, Adil Nəbiyev qeyd edib.

Xanım Musayeva

FOTOLAR

Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz — 1
XƏBƏR LENTİ
14 AVQUST 2026
Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Bütün Xəbərlər