Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır

Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır
30.06.2026 13:08

Azərbaycan itkin şəxslərin axtarışı üçün xüsusi yeraltı radarlar alacaq. Belə ki, 2027-ci ildə xüsusi yeraltı radarla müşahidə sistemlərinin alınması planlaşdırılır.

Bəs nədir bu radar sistemi və axtarış prosesi necə olur?

Bu tip sistemlər artıq bir neçə Skandinaviya ölkəsində uğurla sınaqdan keçirilib. Onlar insan qalıqları da daxil olmaqla böyük yeraltı obyektləri aşkar etməyə imkan verir.

Yeraltı radarlar, yəni GPR torpağın altını qazmadan, daxilini araşdırmağa, vizuallaşdırmağa kömək edir. Məlumatlara görə, bu sistemin işləmə prinsipi əslində radiolokasiyaya əsaslanır. Yəni cihaz torpağın altına elektromaqnit dalğalar göndərir, yerin müxtəlif qatlarında hərəkət edərkən daş, metal, boşluq və ya bioloji qalıqlara rast gəldikdə əks olunaraq geri qayıdır. Radarın qəbuledicisi qayıdan siqnalları qeydə alır və xüsusi proqram təminatı vasitəsilə ekranda 3D vizuallar və ya qrafiklər formalaşdırır.

Burada əsas məqam odur ki, radar birbaşa həmin obyektin nə olduğunu göstərmir. Dünya təcrübəsinə nəzər salsaq, bu texnologiyanın münaqişə görmüş və ya tarixi araşdırmalar aparan bir çox ölkədə uğurla tətbiq edildiyini görərik.

Məsələn Skandinaviya ölkələri bu texnologiyanın istehsalçılarıdır və ondan çətin relyeflərdə, donmuş torpaqlarda və bataqlıqlarda gizli qalıqların tapılması üçün istifadə edirlər. Bundan başqa, 1990-cı illərdəki müharibədən sonra Bosniya və Herseqovonada minlərlə itkin şəxsin kütləvi məzarlıqlarının aşkarlanmasında məhz bu radarlar həlledici rol oynayıb. Kolumbiyada daxili münaqişə qurbanlarının, Kanadada isə köhnə internat məktəblərinin ərazisində gizli şəkildə basdırılmış yerli xalqların uşaqlarına aid qalıqların tapılması prosesində bu sistemlərdən geniş istifadə olunub.

Azərbaycan üçün bu texnologiyanın alınması olduqca strateji bir addımdır. İşğaldan azad edilən ərazilərdə birinci Qarabağ müharibəsindən qalan 4000-ə yaxın itkin şəxsin olduğu məlumdur. Qarşı tərəf kütləvi məzarlıqların dəqiq koordinatlarını vermədiyi və ərazilər minalarla çirkləndiyi üçün geniş sahələri qarış-qarış qazmaq həm təhlükəli, həm də uzun zaman alan bir prosesdir. 

Gələn il alınması planlaşdırılan bu yeraltı radarlar axtarış prosesini hədəfəyönümlü edərək həm vaxta qənaət yaradacaq, həm də illərdir yaxınlarından xəbər gözləyən yüzlərlə ailənin taleyinə daha tez aydınlıq gətirəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUN 2026
“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu 14:52 Xocalıda əhalini güllələyərək Ermənistana rəhbər oldu — Azərbaycan onu axtarır — Qatil prezidentin dosyesi 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 Dünyada 18-ci, Avropada 5-ci - Azərbaycanın ən uzun tunelində SON İŞLƏR 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı 14:07 Paşinyanın yası düşdü, təcili İrana yollanır 14:01 İran ən böyük yas mərasiminə hazırlaşır 14:05 Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi 13:45 Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA 13:30 İran qarışdı: Terrorçular SEPAH üzvlərini hədəf aldı 13:29 Azərbaycan və Qazaxıstan bir-birinə dəstəyini ifadə etdi 13:27 Çin Rusiyanı "Kitayski" dövlətə çevirdi - Ultimatumlar dalbadal verildi 13:05 Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır 13:08 Bu müsəlman ölkələrində qondarma “erməni soyqırımı” abidələri var - FOTOLAR 13:01 Rusiyanın ən strateji nöqtəsi belə vuruldu - GÖRÜNTÜLƏR 13:00 Qurbağalar paytaxtı bürüdü - Qismətiniz "Çin" olsun 12:54 Bütün Xəbərlər