Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI

Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI
30.06.2026 15:23 Daxili siyasət

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib, yeni ixtisaslar yaradılıb.

TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissədə “030204 Kommersiya” ixtisas qrupuna “Tədbirlərin planlaşdırılması və təşkili”, “Satış və marketinq” və “Satınalmaların təşkili”, “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Mexatronika” və “İstehsalata rəqəmsal nəzarət sistemləri” ixtisasları əlavə edilib.

“030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Rəqəmsal məzmun idarəçiliyi” və “3D rəqəmsal oyun dizayneri”, “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissənin “030301 Bitkiçilik” ixtisas qrupuna“Bitki mühafizəsi və 2 fumiqasiya işləri üzrə texnik” ixtisası, “IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissənin “030433 Geomatika” ixtisas qrupuna “Geodeziya və kartoqrafiya” ixtisası,

“VIII. “İlkin tələbat və qida məhsullarının texnologiyası” peşə istiqaməti üzrə” hissənin “030811 Bitki və marqarin yağı istehsalı” ixtisas qrupuna “Qida emalı texnologiyaları” ixtisası, “IX. “İnşaat və arxitektura” peşə istiqaməti üzrə” hissədə “030908 Ümumi inşaat işləri” ixtisas qrupuna “Rəqəmsal inşaat üzrə mütəxəssis” ixtisası, “030918 Elektrik avadanlıqları və elektrik şəbəkələrinin elektroquraşdırılması” ixtisas qrupuna “Elektrik sayğacları texniki” ixtisası əlavə olunub.

Nazirlər Kabineti “Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nda da dəyişiklik edib və yeni ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib:

169. 3D rəqəmsal oyun dizayneri - 1 860

170. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı - 2 470

171. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator - 1 280

172. Bədii tikmə ustası - 1 930

173. Daş memarlıq abidələrinin bərpaçısı - 1 650

174. Dronların texniki xidməti və təmiri üzrə texnik - 2 390

175. Elektrik sayğacları texniki - 2 580

176. Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik - 2 710

177. Günəş panelləri quraşdırıcısı və təmirçisi - 2 580

178. İstehsalata rəqəmsal nəzarət sistemləri - 2 180

179. Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis - 1 340

180. Mexatronika - 2 710

181. Musiqi alətlərinin ustası - 2 336

182. Qida və içki üzrə nəzarətçi - 2 210

183. Rəqəmsal inşaat üzrə mütəxəssis - 1 880

184. Rəqəmsal məzmun idarəçiliyi - 1 860

185. Satış və marketinq - 1 360

186. Suvarma maşınları və nasos qurğuları maşinisti - 2 388

187. Tədbirlərin planlaşdırılması və təşkili - 1 590

188. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər - 2 570

189. Kompüter sistem inzibatçısı - 1 440

190. Geodeziya və kartoqrafiya - 1 650

191. Satınalmaların təşkili - 1 340

192. Qida emalı texnologiyaları - 2 210

193. Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik - 2 200.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra... 16:26 DTX-yə strateji obyektlərlə bağlı yeni səlahiyyət verildi 16:22 Azərbaycan Prezidenti bu ölkənin əhalisini sevindirdi 16:17 Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu 14:52 Xocalıda əhalini güllələyərək Ermənistana rəhbər oldu — Azərbaycan onu axtarır — Qatil prezidentin dosyesi 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 Dünyada 18-ci, Avropada 5-ci - Azərbaycanın ən uzun tunelində SON İŞLƏR 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı 14:07 Paşinyanın yası düşdü, təcili İrana yollanır 14:01 İran ən böyük yas mərasiminə hazırlaşır 14:05 Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi 13:45 Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA 13:30 İran qarışdı: Terrorçular SEPAH üzvlərini hədəf aldı 13:29 Bütün Xəbərlər