"Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir

"Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir
30.06.2026 14:31 İdman

“Turan Tovuz” Türkiyənin köklü klublarından olan “Fənərbağça” ilə yoldaşlıq görüşü keçirməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Nəsimi Paşayev matc.az saytına açıqlamasında İstanbul nəhəngi ilə baş tutacaq qarşılaşmanın təfərrüatları haqqında məlumat verib.

“Məqsədimiz azarkeşlərə futbol bayramı yaşatmaqdır”

Nəsimi Paşayev öncə bu ideyanın necə yarandığına aydınlıq gətirib:

“Ötən mövsüm əsas hədəflərimizdən biri avrokuboklara vəsiqə qazanmaq idi. Bu məqsədlə Tovuz şəhər stadionunda mövsüm bitməmişdən öncə ciddi yenidənqurma işlərinə başlamışdıq. İstəyimiz avrokubok oyunlarının heç olmasa birini doğma azarkeşlərimiz önündə keçirmək idi. Çünki bu, yalnız tovuzluların deyil, bütün Qərb bölgəsinin futbolsevərlərinin haqqı idi. Təəssüf ki, UEFA-nın məlum qərarı səbəbindən azarkeşlərə bu sevinci yaşada bilmədik. Buna baxmayaraq, stadiondakı infrastruktur işlərini dayandırmadıq. Belə qərara gəldik ki, avrokuboklara gedə bilməsək də, Azərbaycanda böyük azarkeş ordusuna sahib olan, Avropada uğurlu çıxışları ilə seçilən bir komandanı Tovuza dəvət edək. Beləcə, “Turan”sevərlərə əsl futbol bayramı bəxş etməyi hədəflədik”.

Fənərbağça” seçimi təsadüfi deyil

Bəs, rəqib qismində niyə məhz “Fənərbağça” seçilib?

Paşayev bildirib ki, 1994-cü ildə “Turan”ın avrokuboklarda məhz “Fənərbağça” ilə qarşılaşması və İstanbul təmsilçisinin ölkəmizdəki populyarlığı bu qərarda rol oynayıb: “Klub rəhbərliyimiz bir neçə dəfə şəxsən Əziz Yıldırımla görüşərək danışıqlar aparıb və nəhayət, oyunun keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bizə bu işdə hər zaman "Turan"ın yanında olan, dəstəkləyən və yarandığı gündən kluba azarkeşlik edən iş adamı yardımçı oldu”.

Matç nə vaxt keçiriləcək?

Oyunun dəqiq tarixi ilə bağlı danışan klub rəsmisi, hazırda müəyyən təqvim planlaması üzərində işlədiklərini bildirib: “Bilirsiniz ki, “Fənərbağça” Çempionlar Liqasında mübarizə aparacaq, komandamız isə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Oyunun Tovuzda təşkil olunması üçün uyğun zaman qrafiki tərtib etməliyik. Əgər hər hansı bir dəyişiklik olmasa, matçın sentyabrda – milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı keçirilməsini nəzərdə tutmuşuq. Həmin müddət uyğun gəlməsə belə, növbəti fasilə dövründə bu görüşü baş tutması üçün əlimizdən gələni edəcəyik. İnşallah, Tovuzda “Turan”sevərlərə unudulmaz anlar yaşatmaq üçün hazırlıqlarımızı davam etdiririk”.

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 Peşə məktəblərinə qəbul nəticələri AÇIQLANDI 21:01 Husilər Səudiyyənin silahlarını məhv etdi - VİDEO 20:50 Seutada həyəcan siqnalı: Minlərlə hərbçi sərhədə göndərildi 20:38 Bakının mərkəzində su borusu partladı 20:24 Biləcəridə ağacları kəsdilər, iş prokurorluğa gedir 20:15 Netanyahudan 1,4 milyardlıq ölkə ilə bağlı maraqlı sözlər 20:05 Qatarlar ard-arda relsdən çıxdı - İngiltərədə nə baş verir? - VİDEO 19:53 Rusiyanın neft “qapısı bağlandı” - Dronlar hər şeyi alt-üst etdi 19:37 Kişi həyətində ölü tapıldı 19:24 Rusiya buğdası Azərbaycandan keçərək Ermənistana gedəcək 19:13 Çin Yaponiyanın yanında yox, qarşısındadır - Kuril adalarında yeni qarşıdurma? 19:04 Makronun uşaqlarla bağlı planı “suya düşdü” - Qərar BLOKLANDI 18:52 Mərdəkan sakinlərinin DİQQƏTİNƏ! Bu avtobusların hərəkət sxemi dəyişdi 18:42 Minaya düşən Kamran Süleymanovun oğlu: "Atamın ayağı amputasiya olunmalıdır" 18:32 Türkiyə rus neftindən üz döndərir - Yeni seçimlərə yönəldi 18:24 Sürücülərin NƏZƏRİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:14 Abbasov istedadların üzə çıxması üçün bölgələrə də diqqət çağırışı etdi 18:06 Sumqayıtda məşhur kafe külə döndü 18:03 Rusiyadan Ermənistana buğda göndərildi 17:48 Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat 17:35 Bütün Xəbərlər