Ağır yük maşınları NİYƏ RİSK yaradır? - AÇIQLAMA

Ağır yük maşınları NİYƏ RİSK yaradır? - AÇIQLAMA
10.03.2026 12:55 Cəmiyyət

Bir çox vətəndaşlar iri tonnajlı maşınların yollarda təhlükəli idarə edildiyini və qəzaların baş vermə səbəblərindən birinin də bu olduğunu bildirirlər. 

Nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə danışarkən bildirib ki, yük avtomobilləri, xüsusilə də KAMAZ tipli ağır tonnajlı nəqliyyat vasitələri yol hərəkətində xüsusi risk qrupu hesab olunur. 


Onun sözlərinə görə, bu maşınların ölçüləri böyük, manevr imkanları isə minik avtomobilləri ilə müqayisədə daha məhduddur. Buna görə də belə nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar çox vaxt ağır nəticələnir.

"Bu sahədə ilk növbədə texniki nəzarət və monitorinq sistemlərinin tətbiqi genişləndirilməlidir. Müasir yük avtomobillərində sürətə nəzarət edən elektron məhdudlaşdırıcılar, avtomatik əyləc sistemləri və sürücünün diqqətini izləyən sensorların quraşdırılması mümkündür. Bu texnologiyalar sürücünün yorğun və ya diqqətsiz olduğu hallarda qəza riskini xeyli azalda bilər".

Ekspert əlavə edib ki, iri tonnajlı avtomobillər üçün videomüşahidə və GPS nəzarət sistemlərinin tətbiqi də vacibdir. Bir çox ölkələrdə belə nəqliyyat vasitələrinin hərəkəti dispetçer mərkəzləri vasitəsilə izlənilir. Bu zaman sürətin normadan artıq olması, qəfil manevrlər və ya uzun müddət fasiləsiz idarəetmə kimi riskli hallar dərhal aşkar edilərək sürücüyə xəbərdarlıq olunur:

“Ağır yük avtomobilləri üçün xüsusi hərəkət qaydalarının tətbiqi də təhlükəsizliyə müsbət təsir göstərə bilər. Məsələn, bəzi ölkələrdə iri tonnajlı maşınların şəhər daxilində pik saatlarda hərəkəti məhdudlaşdırılır. Bu yanaşma həm yol sıxlığını azaldır, həm də belə nəqliyyat vasitələrinin piyadalar və minik avtomobilləri ilə toqquşma riskini minimuma endirir. Həmçinin sürücülərin peşə hazırlığı və psixoloji vəziyyətinin mütəmadi yoxlanılması vacibdir. Həmin şəxslər üçün davamlı təlimlər, tibbi və psixoloji yoxlamalar keçirilməsi zəruridir. Çünki bu tip nəqliyyat vasitələrinin idarə olunması daha yüksək məsuliyyət və peşəkarlıq tələb edir”.

O vurğulayıb ki, əlavə təhlükəsizlik avadanlıqlarının quraşdırılması da qəzaların qarşısının alınmasına kömək edə bilər. Belə ki, “Kor zona”nı göstərən sensorlar, 360 dərəcə kameralar və piyadanı aşkar edən sistemlər sürücüyə ətraf mühiti daha yaxşı görməyə imkan yaradır. Bu xüsusilə iri və hündür kabinalı avtomobillər üçün olduqca əhəmiyyətlidir.

"Yol infrastrukturu da bu məsələdə mühüm rol oynayır. Magistral və şəhər yollarında ağır tonnajlı nəqliyyat vasitələri üçün ayrıca zolaqların təşkili, dayanma və yükləmə yerlərinin düzgün planlaşdırılması qəzaların sayının azalmasına kömək edə bilər. Problemin həlli üçün texniki nəzarət, sürücü hazırlığı və yol hərəkətinin düzgün təşkili kimi amillər kompleks şəkildə tətbiq olunmalıdır", - deyə Adil Nəbiyev fikrini tamamlayıb. 

Qeyd edək ki, martın 6-da Bakı-Quba yolunun Saray qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, yük maşını avtomobilindən düşüb telefonla danışan müğənni Kamil Sərməsovu vurub və o, hadisə yerindəcə həyatını itirib. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUN 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Bütün Xəbərlər