“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olundu

“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olundu
04.12.2025 10:14

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllüləri ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş 5 Dekabr — Beynəlxalq Könüllülər Günü ərəfəsində təşkil olunub.

Ülvi Mehdiyev iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib. 

Tədbir çərçivəsində ASAN könüllülərinin 2025-ci il ərzindəki fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.

Ardınca il ərzində xüsusi fəallıq göstərən bir sıra könüllülər “İlin ASAN Könüllüsü” nominasiyası üzrə, habelə könüllülər üzrə məsul şəxslər könüllülük fəaliyyətinin təbliğində aktiv iştiraklarına, fəal təşkilatçılıq fəaliyyətlərinə və təşəbbüskarlıqlarına görə mükafatlandırılıblar. 

 “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən etibarən 44.000-ə yaxın gənc bu prosesə könüllü kimi qoşulub. Bu müddət ərzində könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin edilib.

TodayPress TV

FOTOLAR

“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olundu — 1
“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olundu — 2
“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olundu — 3
“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olundu — 4
“ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü qeyd olundu — 5
XƏBƏR LENTİ
10 AVQUST 2026
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi 11:05 Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 925 yanğın hadisəsi baş verdi: FHN 43 nəfərin həyatını xilas etdi 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Bakıdakı “yəhudi”nin qurbanları: sensasion adlar – Deputat, iş adamı, zəngin qadınlar… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA 08:57 Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər! 08:41 Paytaxtın bu ərazilərində işıq olmayacaq 08:38 Messidən Argentina mediasına qarşı sərt qərar! 08:30 Tatarıstanda PUA həyəcanı: Neft emalı zavoduna hücum edildi - VİDEO 08:26 Cüdo millimiz Avropada növbəti uğura imza atdı! 08:18 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Bütün Xəbərlər