AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil etdi

AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil etdi
26.06.2025 21:45 Cəmiyyət

“Azərbaycan Hava Yolları” (AZAL) nın təşəbbüsü ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilib.

TodayPress TV xəbər verir ki, görüşdə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə Assosiasiya üzvlərinə ilk olaraq Azərbaycan Hava Yollarının fəaliyyəti, göstərdiyi xidmətlər və gələcək planları haqqında ətraflı məlumat verib. Cəmil Manizadə çıxışı zamanı son illər ərzində AZAL-ın bir sıra istiqamətlər üzrə birbaşa uçuşların sayını artırdığını, xüsusilə əcnəbi sərnişinlər üçün Heydər Əliyev adına Beynəlxalq Hava Linmanının əlverişli tranzit mərkəzinə çevrildiyini qeyd edib.

AZAL rəsmisi həmçinin gələcək planlarda təyyarə parkına yeni hava gəmilərinin əlavə edilməsinin nəzərdə tutulduğunu, bunun nəticəsində yeni istiqamətlər üzrə uçuşların açılması baxımından geniş imkanlar yaranacağını bildirib. Cəmil Manizadə AZAL üçün Assosiasiya üzvüləri ilə sıx əməkdaşlığın əvvəlki illərdə olduğu kimi prioritet istiqamət olaraq qaldığını və birgə əməkdaşlığın bundan sonra da dəstəklənəcəyini diqqətə çatdırıb.

AZAL-ın təşkil etdiyi işgüzar görüşü yüksək qiymətləndirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm və aviasiya sektorları arasında səmərəli əməkdaşlığın, qarşılıqlı anlayış və birgə təşəbbüslərin daha da güclənməsinə və inkişafına bundan sonra da töhfə verəcəyini qeyd edib.

AZAL-ın bu istiqamətdə nümayiş etdirdiyi dəstəyin Assosiasiya üzvüləri üçün mühüm önəm daşıdığını bildirən ATAA sədri Azalın rəhbərliyinə və komandasına bu ənənəvi görüşlərin keçirilməsinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Bütün Xəbərlər