Bağçalara qəbul başladı: Valideynlər elektron növbə yarada bilər
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi başlayıb.
TodayPress TV xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, iyulun 7-dən regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan bağçalara qəbul üçün elektron növbələrin yaradılmasına start verilib.
2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün elektron növbələr saat 11:00-dan, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-dan aktiv edilib.
Bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçirilir. Valideynlər və qanuni nümayəndələr myGov kabinetinə daxil olaraq Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətindən istifadə edə bilərlər.
Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına isə iyulun 9-u saat 11:00-dan başlanılacaq.