Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə

Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə
04.06.2026 16:43 Maraqlı

Alimlər 5300 il əvvəl yaşamış məşhur Buz Adam Ötzinin mumiyasından əldə edilən qədim maya ilə çörək bişirməyə nail olublar.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

1991-ci ildə Alp dağlarında tapılan Ötzi mumiyası üzərində aparılan son araşdırmalar zamanı onun dərisində, daxili toxumalarında və mədə tərkibində canlı mikroorqanizmlərin izləri aşkarlanıb. Tədqiqatçılar burada qədim bağırsaq bakteriyaları ilə yanaşı, çox aşağı temperaturda yaşaya bilən maya növü də müəyyən ediblər.

Alimlər bu mayanı laboratoriya şəraitində yetişdirərək un mühitinə uyğunlaşdırıblar. Bir neçə aylıq təcrübələrdən sonra mikroorqanizm adi çörəkçi mayası kimi fəaliyyət göstərməyə başlayıb.

Nəticədə tədqiqatçılar qədim mayadan istifadə edərək xəmir hazırlayıb və mayalı çörək bişiriblər. Araşdırmanın rəhbəri Məhəmməd Sərhanın sözlərinə görə, xəmir təxminən bir gün ərzində qalxıb və çörəkbişirmə üçün yararlı olub.

Mütəxəssislər gələcəkdə bu qədim mayalardan pivə və digər fermentləşdirilmiş məhsulların hazırlanmasında istifadə imkanlarını da araşdırmağı planlaşdırırlar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Bütün Xəbərlər