U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı

U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı
27.07.2026 13:51 Daxili siyasət

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, Sərəncamda qeyd olunur ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib: “İdman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcək”.

Sərəncama əsasən, 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli 849 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub 13:27 Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bütün Xəbərlər