Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı

Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı
16.06.2026 22:00 Gündəm

Vaşinqton və Tehran arasında 19 iyun imzalanması gözlənilən 14 bəndlik razılaşmanın surəti yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "Al Arabiya English" telekanalının saytı əldə edib.

Həmin razılaşma belədir:

— İran və ABŞ, eləcə də davam edən müharibədəki müttəfiqləri, bu qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə eyni vaxtda Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və daimi olaraq dayandırıldığını elan edir, bir-birlərinə qarşı hər hansı düşmənçilik hərəkətləri etməmək, habelə güc tətbiq etməkdən və ya güclə hədələməkdən çəkinmək öhdəliyi götürürlər;

— İran və ABŞ bir-birlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və bir-birlərinin daxili işlərinə qarışmamaq öhdəliyi götürürlər;

— Hər iki tərəf yekun razılaşmanın əldə olunması üçün maksimum 60 gün müddətində (tərəflərin razılığı ilə uzadıla bilmək şərtilə) danışıqlar aparmaq öhdəliyi götürür;

— Bu qarşılıqlı anlaşma memorandumu imzalandıqdan dərhal sonra ABŞ dəniz blokadasını ləğv edəcək, gəmiçiliyə hər hansı müdaxiləni və ya maneəni dayandıracaq, maksimum 30 gün ərzində isə dəniz əlaqəsini tam həcmdə bərpa edəcək. Daşımaların həcmi müharibədən əvvəlki səviyyəyə uyğun olmalıdır;

— ABŞ, həmçinin yekun razılaşma əldə olunduqdan sonra 30 gün ərzində öz qüvvələrini ətraf rayonlardan çıxarmaq öhdəliyi götürür;

— İran da sənəd imzalandıqdan dərhal sonra Fars körfəzi və Oman dənizində kommersiya gəmiçiliyinin bərpası və texniki maneələrin aradan qaldırılması, habelə minaların zərərsizləşdirilməsi nəzərə alınmaqla, 30 gün ərzində onun müharibədən əvvəlki həcmlərə qaytarılması üçün zəruri tədbirlər görəcək;

— ABŞ regional tərəfdaşları ilə birlikdə İran iqtisadiyyatının bərpası və inkişafı üçün kompleks plan hazırlayacaq və bu plan üçün ən azı 300 milyard dollar məbləğində maliyyələşmə təmin ediləcək;

— Bu planın icra mexanizmi 60 gün ərzində yekun razılaşma ilə eyni vaxtda hazırlanacaq;

— ABŞ İrana qarşı qüvvədə olan bütün sanksiyaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin Müdirlər Şurasının qətnamələrini, eləcə də razılaşdırılmış qrafikə uyğun olaraq bütün birtərəfli sanksiyaları (birinci dərəcəli və ikinci dərəcəli) ləğv etmək öhdəliyi götürür;

— İran heç vaxt nüvə silahı yaratmağa çalışmayacağını vurğulayır;

— Tərəflər razılaşırlar ki, zənginləşdirilmiş materialın statusu məsələsi və razılaşdırılmış digər nüvə məsələləri yekun razılaşmada tamamilə həll olunacaq;

— Yekun razılaşma əldə olunana qədər status-kvo qorunub saxlanılacaq. İran öz nüvə proqramını hazırkı vəziyyətində saxlayacaq, Amerika Birləşmiş Ştatları isə yeni sanksiyalar tətbiq etməyəcək və regiondakı hərbi mövcudluğunu gücləndirməyəcək;

— ABŞ sənəd imzalandıqdan dərhal sonra İranın xam neftinin, neft-kimya məhsullarının və müvafiq xidmətlərin (bank, sığorta, nəqliyyat və s.) ixracı üçün zəruri lisenziyaları vermək öhdəliyi götürür;

— ABŞ, həmçinin danışıqlar gedişində İranın dondurulmuş bütün aktivlərini və əmlakını dondurmadan çıxarmaq və tam əlçatan etmək öhdəliyi götürür. Bu maliyyə resursları İran Mərkəzi Bankına təqdim ediləcək və nəzərdə tutulan hər hansı ödənişlər üçün əlçatan olacaq, Amerika Birləşmiş Ştatları isə müvafiq lisenziyaları verəcək;

— Tərəflər razılaşmanın və gələcək öhdəliklərin icrasına nəzarət mexanizminin yaradılması barədə razılığa gəlirlər;

— Bu qarşılıqlı anlaşma memorandumu imzalandıqdan və ayrı-ayrı müddəaların icrasına dair təminatlar alındıqdan sonra yekun razılaşma üzrə danışıqlar davam etdiriləcək;

— Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnaməsi vasitəsilə təsdiqlənməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 Bütün Xəbərlər