Avropa İttifaqı kisəni açdı - 200 milyon avro nəyə verildi? - AÇIQLAMA

Avropa İttifaqı kisəni açdı -  200 milyon avro nəyə verildi? - AÇIQLAMA
02.07.2026 20:40

Avropa İttifaqının “Qlobal Şəbəkə” proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağı açıqlanıb. Bildirilib ki, bu vəsait hesabına dövlət və özəl sektor tərəfindən ümumilikdə 2 milyard avroyadək investisiyanın cəlb edilməsi planlaşdırılır. Prioritet layihələr sırasında Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişafı da yer alır.

Bu təşəbbüsün Azərbaycan iqtisadiyyatı və tranzit potensialı üçün yaradacağı imkanlarla bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Avropa İttifaqının dəstəyi ölkənin nəqliyyat-logistika sahəsinin inkişafına və regional əməkdaşlığın daha da güclənməsinə əlavə töhfə verəcək:



“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətlərindən biri də məhz nəqliyyat və logistika sahəsidir. “Qlobal Şəbəkə” investisiya proqramı çərçivəsində Avropa İttifaqı Cənubi Qafqazın nəqliyyat infrastrukturuna sərmayə yatırır və bununla bağlı Brüsseldə artıq qərar qəbul edilib.

Bütövlükdə, yalnız Avropa İttifaqı və ya dövlət sektoru deyil, eyni zamanda özəl sektor tərəfindən də bu istiqamətə daha çox vəsaitin, sərmayənin cəlb edilməsi nəzərdə tutulur.

Nəzərə alsaq ki, son illər Azərbaycan üzərindən daşınan yüklərin həcmində artım qeydə alınıb, bu, ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarmaqla yanaşı, dövlət gəlirlərinin artmasına da xidmət edib. Çünki beynəlxalq yükdaşımalar dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarına birbaşa təsir göstərir. Bu da ölkəyə valyuta daxilolmalarının artmasına imkan yaradır. Eyni zamanda, Azərbaycanın regional məsələlərdə rolunun daha da güclənməsi anlamına gəlir”.

Həmçinin “Artıq qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə regionda formalaşan yeni düzən praktik olaraq region ölkələri, qonşular və eləcə də aparıcı beynəlxalq ittifaqlarla əməkdaşlığın güclənməsinə xidmət edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin mətbuata bəyanatlarında da qeyd olunduğu kimi, xüsusilə regionda sülhün dəstəklənməsi və dayanıqlı sülhün əldə edilməsi vacib istiqamətlərdəndir.

Azərbaycan bu istiqamətdə səylərini davam etdirir. Yalnız nəqliyyat-logistika sahəsində deyil, digər istiqamətlərdə də, o cümlədən Ermənistana yanacağın nəqlinin həyata keçirilməsi, Azərbaycandan Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin tam aradan qaldırılması ölkəmizin həm sülh gündəliyinə sadiqliyini, həm də regionda əməkdaşlığa töhfəsini nümayiş etdirir”, - deyə, deputat bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 IYUL 2026
Sərnişin avtobusu atəşə tutuldu - DƏHŞƏTLİ ANLAR 21:55 Qonşu ölkədə zəlzələ baş verdi 21:41 FİFA prezidentindən Özbəkistan millisinə: “Heç bir arzu əlçatmaz deyil” 21:37 Şeyx Xameneinin dəfninə niyə getmir? - SƏBƏB bu imiş 21:30 Lyayen Azərbaycan səfərindən paylaşım etdi - VİDEO 21:11 Bakıda torpağın qiyməti “od tutub yanır” - Sotu 1 milyon manata olan ərazilər 21:01 Paşinyan Simonyan barədə danışdı: “Buna hazır deyildim” 20:50 Avropa İttifaqı kisəni açdı - 200 milyon avro nəyə verildi? - AÇIQLAMA 20:37 Məhərrəmlikdə toy etmək olarmı? - Elşad Miri 20:27 Ermənistan Prezidentinin qəbul zalından yoxa çıxan tablonun FOTOSU 20:20 Səkkiz gün sonra dağıntılar altından sağ çıxarıldı 20:12 Xameneinin dəfninə Azərbaycandan kimlər gedəcək? - ADLAR 19:57 Qazaxda çayda batan yeniyetmə son anda xilas edildi - YENİLƏNDİ 19:45 “Samsunspor”un istədiyi futbolçu “Qarabağ”ı seçdi 19:34 Paşinyan: Aİ bizi qəbul etməsə belə, qazanan Ermənistan olacaq 19:23 Belarus rəsmisindən TƏCİLİ çağırış: Rusiyaya getməyin! 19:16 Azərbaycandan keçməklə Ermənistana buğda daşınacaq 19:10 Ermənistan Naxçıvana gedən dəmir yolunu bərpa edəcək 19:05 Zelenski hadisə yerindən Rusiyanı HƏDƏLƏDİ - VİDEO 18:57 Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK - Səbəb AÇIQLANDI 18:44 Paşinyan sabah İranın ən böyük yasında iştirak edəcək 18:39 Rusiya-Ukrayna müharibəsi bu tarixədək davam edəcək 18:29 Trampın səbəbinə “NATO xalqı” kef edir 18:22 Dünyanı narahat edən ölümcül virusla bağlı YENİ STATİSTİKA 18:12 CZ Scorpion EVO 3: Müasir avtomatların etibarlı və modulyar nümunəsi 18:10 Bütün Xəbərlər