Azərbaycanın büdcə gəlirləri nə qədər artıb? – Maliyyə Nazirliyindən 7 aylıq hesabat

Azərbaycanın büdcə gəlirləri nə qədər artıb? – Maliyyə Nazirliyindən 7 aylıq hesabat
10.08.2026 18:35 Maliyyə

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xəzinədarlıq orqanları 748 mindən çox ödəniş tapşırığı icra edib.

TodayPress TV Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % azdır.

Məlumata görə, 7 ayda icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri 23 milyard 742,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat (0,5 % çox), xərcləri 20 milyard 174,4 milyon manat (1,2 % çox) təşkil edib.

Son nəticədə icmal büdcədə 5 milyard 99,4 milyon manat, dövlət büdcəsində isə 3 milyard 420,3 milyon manat (3,3 % az) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 11 milyard 474,1 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat, sair daxilolmalar 427,8 milyon manat, Dövlət Neft Fondundan transfert 7 milyard 490 milyon manat, büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 418,1 milyon manat təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
İranda boş qalan postlar dolduruldu - SİYAHI 19:26 İsrail qüvvələri Livanın cənubunda partlayışlar törədir 19:36 Hörmüz boğazında gəmi hərəkəti kəskin AZALDI 19:18 Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır 19:10 Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir? 19:02 "İranı diz çökdürə biləcəklərini düşündülər, lakin..." - Pezeşkian 18:52 Kolumbiyada zəlzələ səbəbindən hava limanları BAĞLANDI 18:43 Azərbaycanın büdcə gəlirləri nə qədər artıb? – Maliyyə Nazirliyindən 7 aylıq hesabat 18:32 "Raketlərimiz havada istiqamətini dəyişdirə bilir" - SEPAH sözçüsü 18:20 Rusiya tankerindən sızan neft 390 kv. km-ə çatdı - RƏSMİ 09:45 Mərakeşdən İspaniyaya miqrant axını: 80 min insan! 17:59 Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri 17:31 7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO 17:47 Buxarestdə zəfər: güləşçilərimiz 4 dəfə zirvəyə yüksəldi! 17:37 DİQQƏT! - Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişir 17:16 Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə! 17:33 Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ? 17:10 “Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi 17:03 Dünyada ilk! - iki ölkə arasında kanat yolu olacaq 16:56 Azərbaycanın gənc boksçuları Avropa çempionatında qüvvələrini sınayacaq 16:51 Milyonlarla il əvvəl yox olan heyvanların izi bu gün də qalır – Yeni kəşf 16:22 Niderland Qran-prisi Formula-1”dən gedir: Ferstappendən ilk açıqlama 16:36 Tümendə nəhəng neft-kimya kompleksinə PUA hücumu edildi - VİDEO 16:33 “Biz də çoxlu pul itirdik” – Həbibdən Fələstin etirafı 16:25 Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab 16:14 Bütün Xəbərlər