Nazir dərsliklərdəki problemi ETİRAF ETDİ

Nazir dərsliklərdəki problemi ETİRAF ETDİ
23.06.2026 15:28 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərlə bağlı səsləndirdiyi fikirlər müzakirə mövzusuna çevrilib. Nazir qeyd edib ki, dərsliklərdə əsas problem texniki səhvlər deyil, məzmundur. Onun sözlərinə görə, bəzi mövzuların artıq aktuallığını itirməsi, bəzilərinin isə ümumiyyətlə dərsliklərdə yer almaması və müasir elmi nailiyyətlərin inteqrasiyası ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırkı dərsliklərin əsas problemi onların ənənəvi yanaşma ilə hazırlanmasıdır. Onun fikrincə, uzun illərdir eyni formatda hazırlanan dərsliklər yeni nəslin öyrənmə tərzi və maraq dairəsi ilə uyğunlaşmır.


Ekspert hesab edir ki, 21-ci əsrdə doğulan şagirdlərin informasiya qəbul etmə modeli dəyişib və bu, dərsliklərin strukturuna birbaşa təsir göstərməlidir. Onun sözlərinə görə, müasir dərsliklər təkcə mətn yığını olmamalı, vizual materiallar, illüstrasiyalar və interaktiv yanaşmalarla zənginləşdirilməlidir.

Bununla yanaşı, dərsliklərdə şagirdlərin məntiqi və yaradıcı təfəkkürünü inkişaf etdirən sualların artırılması vacib hesab olunur. Qısa və aydın izahlar, dünya təcrübəsindən nümunələr və elmi baxımdan tanınmış şəxslərin yanaşmalarının daxil edilməsi də məzmunun keyfiyyətini yüksəldə bilər.

Ekspert vurğulayır ki, dərsliklər yalnız informasiya ötürmək funksiyası daşımamalı, eyni zamanda şagirdlərdə bilik və bacarıqların formalaşmasına xidmət etməlidir. Onun fikrincə, mövcud dərsliklərdə bu istiqamətdə müəyyən boşluqlar qalmaqdadır.

Qeyd olunur ki, dərsliklərin hazırlanması zamanı elmi dəqiqlik, yaş psixologiyasına uyğunluq və ümumbəşəri dəyərlərin nəzərə alınması əsas prinsiplərdən olmalıdır. Bu şərtlər təmin edildiyi halda, dərsliklərin məzmun problemi mərhələli şəkildə aradan qaldırıla bilər və tədris prosesinin keyfiyyəti yüksələ bilər.

Xanım Musayeva

XƏBƏR LENTİ
23 IYUN 2026
Pezeşkian ABŞ və İsrail zərbələrindən sonra ilk səfərini reallaşdırdı 18:40 Tehranda 3 günlük tətil: Xameneinin dəfn proqramı açıqlandı 18:45 İran ölkə daxilində hava nəqliyyatını bərpa edir 18:17 PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Anevrizma barədə əsas məlumatlar: Risklər, simptomlar və müalicə 16:34 Ariete: Avropa tankçılığının klassik nümunəsi 17:48 Zelenski ilə danışmaq üçün heç bir əsas yoxdur - Putin 17:43 İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı 17:34 İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI 17:32 Özbəkistanın iki kəndi Qırğızıstanın oldu 17:22 İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir 17:13 Prezident Şuşada uşaqlarla görüş barədə paylaşım edildi - VİDEO 17:13 Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR 16:22 Azərbaycandan Ermənistana 10 vaqon buğda göndəriləcək? 16:12 DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar 16:10 AYNA 30 milyonu nəyə xərcləyəcək? 16:06 Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Bütün Xəbərlər