SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi
28.06.2026 12:00 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü gecə saat 2-dən 3-ə qədər həyata keçirdikləri birgə raket və dron əməliyyatı zamanı Küveytdəki Əli əs-Salim bazasında və Bəhreynin Salman limanındakı Beşinci Donanmada ABŞ ordusunun səkkiz mühüm obyektinə ballistik raketlər və piloitsuz uçuş aparatları (PUA) buraxaraq onları məhv edib və Amerikanın son hücumuna qətiyyətlə cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, ABŞ əldə olunan razılaşmaları pozur və SEPAH-ın Hörmüz boğazına nəzarətini bəhanə edərək hücumlar həyata keçirir:

"İslamabad memorandumuna əsasən, Hörmüz boğazından keçidə nəzarət İslam Respublikası tərəfindən həyata keçirilir və bundan sonra qaydaları pozan gəmilərlə əvvəlkindən daha sərt rəftar ediləcək, düşmənin isə hər hansı bəhanə ilə baş verə biləcək istənilən hücumu, hətta dünən gecə və bu gün olduğu kimi, əhəmiyyətsiz hədəflərə yönəlsə belə, sarsıdıcı cavab alacaq".

SEPAH-dan bildirilib ki, atəşkəsin pozulması İslamabad memorandumunun birinci bəndinə ziddir və bütün proseslərin tamamilə dayanmasına gətirib çıxaracaq.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İrandakı hərbi hədəflərə zərbələr endirib. SEPAH da ABŞ-nin hərbi obyektlərinə raket və PUA ilə zərbələr endirdiyini bəyan edib.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 Prezidentdən Naxçıvanla bağlı qərar 15:06 Bu ölkə ilə viza tələbi ləğv edildi - QANUN 14:57 Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki... 14:45 Azərbaycanın Səfəviləri özününkü sayması İran millətçilərini qəzəbləndirdi - Bakıya kin seli axdı - VİDEO 14:43 Azərbaycanın ən müqəddəs qələmi onun idi - Zərdabinin yaşayan xətti 14:42 "Demokratiya TV"nin rəhbəri həbs edildi 14:38 Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz 14:32 Sızan bağırsaq sindromu barədə nə bilinir? Simptomlar və yanaşmalar 14:20 Rusiya yüzlərlə Ukrayna PUA-sını vurdu 14:18 Meteohəssas şəxslərin NƏZƏRİNƏ! Geomaqnit qasırğası olması ehtimalı var 14:09 ABŞ Müdafiə naziri gecə ilə Bakıya uçdu - Rusiya və İranı təşvişə salan 100 milyonluq layihə… 13:59 Pirşağıda dənizdə qadın batdı 13:56 Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız 13:53 Rus dilinin hökmdar olduğu cəmiyyətdə Azərbaycan dilini kimlər necə dövlət dili edə bildilər? 13:45 Rusiya Ukraynanı "qaranlığa" qərq etdi - 8 vilayətdə işıqlar söndü! 13:33 Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək 13:21 Nazirə ağır itki üz verdi 13:07 İyunun son günündə neçə dərəcə isti gözlənilir? 12:44 İran Bəhreyndəki ABŞ bazalarına zərbə endirdi - VİDEO 12:36 Bağdadın "ürəyində" yanğın başladı: Şəhər mərkəzi alova təslim oldu 12:31 Ötən həftə bu ərazilər minalardan təmizləndi 12:24 Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 12:19 Bütün Xəbərlər